Mövsümlə bağlı qrip xəstəliyinə tutulanların sayı artıb
15.10.2016 [10:24]
Məhəbbət İbrahimova: Hazırda insanlarda əsasən A qrupuna daxil olan qrip müşahidə edilir ki, bu da qripin adi formasıdır və boğaz ağrısı, öskürmə, hərarətlə özünü büruzə verir
Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip xəstəliyinə tutulanların sayında artım müşahidə edilir. Lakin, bəzən insanlar bu xəstəliyin müalicəsi zamanı səhvlərə yol verir, yaxud vaxtında həkimə müraciət etmirlər. Bəs, bu xəstəliyə qarşı necə müabrizə aparılmalıdır?
Həmin sualı cavablandırmaq üçün müraciət etdiyimiz Kliniki Tibbi Mərkəzin baş həkim müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, mövsümlə bağlı qrip xəstəliyinə tutulanların sayının artması insanların immun sisteminin düşməsi ilə əlaqəlidir: “Hazırda insanlarda əsasən A qrupuna daxil olan qrip müşahidə edilir ki, bu da qripin adi formasıdır və boğaz ağrısı, öskürmə, hərarətlə özünü büruzə verir. Bu qrip 7-8 gün davam edə bilər və müalicəsi mümkündür. Əgər müalicə vaxtında həyata keçirilərsə, xəstədə onun fəsadları yaranmaz. Ancaq xəstəlik müalicə olunmadıqda ağır fəsadlara yol aça bilər”.
Məhəbbət İbrahimova onu da vurğulayıb ki, ölkəmizdəki tibb müəssisələrində yoluxucu xəstəliklərin müalicəsi üçün hər cür şərait var: “Xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görülməli və sahə həkiminə müraciət edilməlidir. Azərbaycanda vətəndaşların böyük əksəriyyəti həkimə müraciət etmədən, ev şəraitində özü-özünü müalicə edir. Lakin xəstəliyə fikir verməyərək işə çıxmaq təhlükəlidir. Çünki bununla siz digər insanların da qrip xəstəliyinə yoluxmasına səbəb ola bilərsiniz”.
Onun sözlərinə görə, hərarət yüksək olduğu halda xəstə mütləq yataq rejiminə əməl etməlidir: “Bu zaman bol mineral suların qəbul edilməsi vacibdir. Çünki hərarət zamanı insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Yaxşı olar ki, vətəndaşlar daha çox meyvə-tərəvəz qəbul etsinlər. İştahanın kəskin azalması halları da müşahidə oluna bilər. Bu, normaldır. Xəstəni zorla yedirtmək düzgün deyil. Soyuqdəymə zamanı xəstənin olduğu otağın havası tez-tez dəyişdirilməlidir. Əksər xəstələr yenidən soyuqlama qorxusu ilə otağın havalandırılmasından qaçırlar. Bu halda isə həmin məkanda xəstə tərəfindən havaya ötürülən bakteriya və viruslar çoxalaraq xəstənin sağalmasına mane olur”.
Yeri gəlmişkən onu da qeyd edək ki, 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə məktəb və məktəbəqədər uşaq müəssisələrində, ali və orta təhsil müəssisələrində tibbi müşahidələrin təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təminatı tapşırılıb.
Bildirilib ki, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadəsi təmin olunmalı, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməli, ağır kəskin respirator xəstəlik halları barədə məlumat dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməli və şübhəli xəstələrdən götürülmüş nümunələr Respublika Taun Əleyhinə Stansiyasına çatdırılmalı, qrip və kəskin respirator virus xəstəliklərin müalicəsi üçün dərman preparatlarının ehtiyatı yaradılmalıdır.
Həmçinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun rəhbərliyinə ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksların tam hazır vəziyyətə gətirilməsi, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz edilməsi təminatına dair göstərişlər verilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10

