Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Mən cəmiyyət arasında” layihəsi başa çatıb

“Mən cəmiyyət arasında” layihəsi başa çatıb

22.09.2016 [10:01]

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi “Mən cəmiyyət arasında” adlı layihənin son təlimi və bağlanış mərasimi keçirilib. Layihə zamanı iştirakçılar bir çox praktiki tapşırıqlarla yanaşı, etiket qaydalarını da öyrəniblər. Eyni zamanda, təlimlərdə süfrə mədəniyyəti, iki insan arasında mədəni söhbətlərin təşkili, yüksək zövqlü olmaq, insan olaraq hər bir fərdə xüsusi hörmətlə yanaşmaq və qiymət vermək kimi məsələlər qabardılaraq müzakirə olunub.
İştirakçıların aktiv müzakirələri şəraitində keçən təlimlərdə belə bir nəticəyə gəlinib ki, hər bir fərdin fərqli yanaşması olmaqla yanaşı, hər kəs cəmiyyət arasında dövlətin qanunlarına riayət etməyə borcludur və hər hansı bir qanun pozuntusunun qarşısının alınmasında, o cümlədən xoşagəlməz halların aradan qaldırılmasında heç kəs biganə qalmamalıdır.
Sonda isə iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 809 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Sosial

İqtisadiyyat

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31