“İki sahil” qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20.09.2016 [10:10]
“İki sahil” qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb. 200 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 22 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.
Xüsusi buraxılış ölkəmizin enerji sektorunda qazandığı uğurların, keçdiyi inkişaf yolunun, əldə etdiyi təcrübənin təqdimatıdır. Xüsusi buraxılışın üz qabığında Ulu öndər Heydər Əliyevin “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikrinin yer alması təsadüfi deyil. Məhz dahi şəxsiyyət Heydər Əliyevin böyük uzaqgörənliyinin nəticəsi idi ki, neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması, yalnız bu gün deyil, gələcək nəsillər üçün istifadəsini təmin etmək məqsədilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı.
Sonrakı səhifədə dahi şəxsiyyət Heydər Əliyevin “Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir” fikirlərinin yer alması neft gəlirlərinin təyinatı üzrə xərclənməsinin ölkəmizə qazandırdığı uğurların aydın mənzərəsini yaradır.
Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin 19 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında” sərəncamları yer alıb.
Xüsusi buraxılışda qeyd olunur ki, güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən SOCAR bu gün böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutub. Xarici ölkələrdə həyata keçirilən investisiya layihələri ölkəmizin ümumi strateji inkişafına xidmət edir.
Xüsusi buraxılış, ümumilikdə, SOCAR-ın strukturlarının fəaliyyəti, Azərbaycan neft sənayesi əməkçilərinin əlamətdar günü - Neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.
Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanda neft və qaz hasilatı: mövcud vəziyyət və perspektivlər”, iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovun “Əsrin müqaviləsi” dayanıqlı iqtisadiyyatımızın, valyuta ehtiyatlarımızın əsas mənbəyidir”, sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirovun “SOCAR investisiyalarını şaxələndirir”, emal üzrə vitse-prezident David Məmmədovun “SOCAR-ın emal kompleksində səmərəlilik daha da yüksəlir”, vitse-prezident Mikayıl İsmayılovun “Əsrin kontraktı” neft sənayesində yeni texnologiyaların tətbiqinə yol açıb”, sosial məsələlər üzrə vitse-prezident Bədəl Bədəlovun “SOCAR-ın həyata keçirdiyi sosial layihələr xalqın rifahının daha da yüksəlməsinə xidmət edir”, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun “Davamlı və sabit iqtisadi inkişaf strategiyası Azərbaycanın gələcəyidir”, neftin, qazın nəqli və kompressor təsərrüfatı üzrə vitse-prezident Rəhman Qurbanovun “SOCAR-da dünya neft-qaz sənayesinin qabaqcıl təcrübəsi tətbiq edilir”, ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin “SOCAR ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətini genişləndirir”, strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun “SOCAR-ın ölkə iqtisadiyyatının gələcəyini təmin edən strateji inkişaf layihələri”, geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynovun “Əsrin müqaviləsi”nin imzalandığı tarixi neftçilərimiz təntənə ilə qeyd edirlər”, yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifovun “SOCAR neft-qaz yataqlarının işlənməsini uğurla həyata keçirir”, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin “Əsrin müqaviləsi” iqtisadiyyatımızın təməl daşıdır”, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun “Bakı Ali Neft Məktəbi: Uğurun imzası”, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun “Azneft” İstehsalat Birliyinin kollektivi öz peşə bayramını yüksək nailiyyətlərlə qarşılayır”, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin “Ölkənin qazlaşdırılması sürətlə davam edir”, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayevin “Azərikimya”da həyata keçirilən yeni layihələr kimya sənayesinin gələcəyindən xəbər verir” başlıqlı məqalələrdə Azərbaycanın neft sənayesinin inkişafı ətraflı təhlil edilir.
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilib” başlıqlı məqaləsində təhlil fonunda bir daha bu reallıq qeyd edilir ki, Azərbaycanın, eyni zamanda neft-qaz sənayesinin gələcəyi parlaqdır. Neft siyasətinin məntiqi davamı olaraq ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində uğurlu addımlar atılır. Təbii ki, bu uğurlar Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi dəyərdən irəli gəlir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

