/ / Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi məsələlərinə dair ümumrespublika müşavirəsi keçirilib
Aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi məsələlərinə dair ümumrespublika müşavirəsi keçirilib
27.07.2016 [09:57]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, aztəminatlı ailələr üçün aktiv sosial müdafiə tədbirlərinin təşkili, onların özünüməşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, nazirliyin məşğulluq orqanlarının iştirakı ilə keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cari ildə dünya iqtisadiyyatında böhranın bir qədər də kəskinləşməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatlar kursunun ölkəmizdə sosial-iqtisadi inkişafın davam etməsinə şərait yaratdığını vurğulayıb. Nazir cari ilin ilk yarımilində iqtisadiyyatın qeyri-neft sektorunda artımın əldə edildiyini, qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artımın qeydə alındığını, ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu, əhalinin gəlirlərinin də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz çoxaldığını diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətdə əmək resurslarından səmərəli istifadənin təmin edilməsi, əmək bazarının inkişafı əsas istiqamətlərdən biridir. Son 12 ildə 1,5 milyondan çox yeni iş yerinin açılması əmək bazarında sabitliyə, işsizliyin 5 faizə qədər azalmasına imkan yaradıb: “Cari ildə də bu istiqamətdə mühüm addımlar atılır. Dövlət başçısının əhalinin məşğulluq imkanlarının artırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı irəli sürdüyü sosial məsuliyyət prinsipi həm dövlət, həm də özəl sektorun əmək bazarında pozitiv meyillərin, əmək resurslarından səmərəli istifadəni şərtləndirən birgə səmərəli səylərin güclənməsinə səbəb olub. Bunun müsbət nəticəsi kimi cari ilin birinci yarımilində 78 mini daimi olmaqla, 90 minə yaxın iş yeri açılıb”.
Nazir Prezident İlham Əliyevin islahatlar kursunun əmək bazarında da inkişaf proseslərinə əsas yaratdığını vurğulayıb: “Torpaqlardan səmərəli istifadə edilməklə kənd təsərrüfatında ixracyönümlü məhsul istehsalı sektorlarının, o cümlədən pambıqçılığın, tütünçülüyün və s. sürətli inkişafına nail olunması əmək resurslarının 36,7 faizinin cəmləşdiyi kənd yerlərində məşğulluğun əhəmiyyətli şəkildə artmasına şərait yaradıb. Həmçinin sosial mənzillərin inşasına başlanması, rayonlarda sənaye zonalarının yaradılması üçün aparılan işlər, müxtəlif bölgələrdə toxuculuqla, xalçaçılıqla məşğul olanlara dövlət dəstəyi nəticəsində təkcə bu sahə üzrə 5 min iş yerinin yaradılması ümumilikdə ölkənin əmək bazarında ciddi irəliləyişlərə səbəb olacaq”.
S.Müslümov bu ilin 6 ayında təqdim edilmiş vakansiyalar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 44524 nəfər şəxsin münasib işlə təmin edildiyini, 550 nəfərin ödənişli ictimai işlərə cəlb olunduğunu, əmək birjaları vasitəsilə 1135 nəfərin müvəqqəti işlərə göndərildiyini bildirib: “Həmçinin 8 ali təhsil ocağında məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən 259 müəssisə tərəfindən 1452 boş (vakant) iş yeri təqdim olunub, bu tədbirlərdə 2115 məzun və tələbənin şəxsi məlumatları qəbul olunub, 177 nəfərə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 95 nəfər peşə hazırlığı kurslarına cəlb olunması üçün qeydiyyata alınıb. Əmək bazarına çıxan gənclərin mövcud əmək bazarında formalaşan tələb və təklif barədə məlumatlandırılması da diqqətdə saxlanılır. Belə ki, ölkənin aparıcı ali təhsil müəssisələrində quraşdırılmış 129 elektron informasiya köşkü, habelə müvafiq internet saytı vasitəsilə gənclərə məşğulluq orqanlarına təqdim olunmuş vakansiyalara dair daim yenilənən məlumatları öyrənmək imkanları yaradılıb”.
Nazir işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının və rəqabət qabiliyyətinin artırılmasının da aktiv məşğulluq tədbirlərinin əsas hədəflərindən olduğunu qeyd edib: “Nazirliyin xətti ilə cari ilin birinci yarımilində ümumilikdə 2121 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Onlardan 1935 nəfəri, o cümlədən əlilliyi olan 85 şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən, sağlamlıq imkanları məhdud 186 gənc isə nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qeyd olunan kurslara cəlb edilib. Yəni peşə hazırlığına cəlb edilənlərin 271 nəfəri məhz əlilliyi olan şəxslər olub. Düzgün peşə seçiminə kömək məqsədilə məsləhət verilən gənclərin sayı isə 59058 nəfər təşkil edib”.
S.Müslümov bildirib ki, hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrasını, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasını, onların özünüməşğulluğunu yüksək səviyyədə təşkil etməkdir: “Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi, insanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər”.
Nazir diqqətə çatdırıb ki, Sərəncamın icrası ilə əlaqədar elə ilk vaxtlardan məqsədyönlü işlər aparılıb, müvafiq normativ-hüquqi aktların layihəsinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün işçi qrup yaradılıb, özünüməşğulluq layihələrinin həyata keçirilməsinə dair konsepsiya hazırlanıb. Həmçinin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları”nın layihəsi hazırlanaraq nazirliyin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Həmin Qaydalar proqrama cəlb olunacaq ailələrin seçilməsi, onların öz təsərrüfatlarını qurmalarının təşkili, bu sahədə onların maddi dəstəklə yanaşı, təsərrüfatçılıqla bağlı müəyyən bilik və bacarıqlara yiyələnmələrinin təmini və s. üçün bütün prosedurları dolğun şəkildə əhatə edir və tənzimləyir.
Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

