/ / 15 İyun - Milli Qurtuluş Günü münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib
11.06.2016 [09:38]
Dünən Nərimanov rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə atçılıq idmanı üzrə Nərimanov rayon açıq birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Adil Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, KİV nümayəndələri, gənc idmançılar və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov keçirilən yarışın məqsədi barədə məlumat verib.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev qonaqları və tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edərək 1993-cü ilin iyununda respublikamızda baş vermiş ictimai-siyasi proseslərə geniş nəzər salıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O bildirib ki, son 20 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğurlar birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Onun respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünə layiq yer tutub. Çıxışının sonunda A.Fərzəliyev yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov, Milli Məclisin deputatı Adil Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər natiqlər çıxış edərək qeyd ediblər ki, Azərbaycanda atçılıq idman növü qədimlərdən diqqətçəkən olub. Elə müasir dövrümüzdə də bu idman növünə maraq artmaqda davam edir. Hazırda Bakı Dövlət Cıdır Meydanının ərazisində Respublika Atçılıq İdman Məktəbinin fəaliyyət göstərməsi ölkəmizdə idmanın bu növünün inkişafından xəbər verir. Azərbaycan Respublikasında atçılığın hazırkı vəziyyətinə gəldikdə, qeyd etmək lazımdır ki, aqrar sahədə islahatlar aparıldıqdan sonra respublikada atların sayı artmışdır. Hazırda ölkəmizdə yüksəkkeyfiyyətli Qarabağ və Dilbaz atları, həmçinin Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Açılış mərasimindən sonra yarışlara start verilib. Yarışda 28 nəfər idmançı mübarizə aparıb.
Yarışda I yeri tutmuş “Hollywood IV” ləqəbli atla Səməd Əliverdiyev, II yeri tutmuş “Rodrigo” ləqəbli atla Həzrət Salayev və III yeri tutmuş “Voltram” ləqəbli atla Dünyamalı Qurbanbəyov təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50

