Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olunub
09.06.2016 [09:55]
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin (AME), Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan Milli Ensiklopediyanın inkişaf tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik A.Əlizadə Ulu öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşıb, kadr potensialı gücləndirilib. Milli Ensiklopediyanın inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını vurğulayan A.Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı müvafiq sərəncamlarını xatırladıb. Qeyd edilib ki, müstəqillik dövründə Azərbaycan Milli Ensiklopediyasının tarixində dönüş nöqtəsi olan bu sərəncamlar əsasında Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi istiqamətində mühüm addımlar atılıb.
Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanda müasir ensiklopediya işinin əsasının 1965-ci ildə qoyulduğunu, “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərarla həmin ilin dekabrında Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının yaradıldığını, Xalq şairi Rəsul Rzanın baş redaktor təyin olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, qərarda “Azərbaycan SSR” xüsusi cildinin və on cildlik universal Azərbaycan Sovet Ensiklopediyasının nəşri nəzərdə tutulub. Akademik 1970-ci ildə nəşr olunan universal Sovet Ensiklopediyasının “A” və “B” hərflərinin müəyyən hissəsini əhatə edən birinci cildinin sovet ideologiyasının tələblərinə cavab vermədiyindən məhv edildiyini söyləyib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı müvafiq sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb. Vurğulanıb ki, Elmi Mərkəzin qarşısına dünya standartlarına cavab verən mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub. Arxiv materiallarından da istifadə etməklə, respublikanın tanınmış ziyalıları, elm, sənət adamları, mütəxəssisləri bu işə cəlb olunub. Müəllif heyəti və Elmi Mərkəzin kollektivinin gərgin əməyi sayəsində ilk nəşr - “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Almaniyanın “Siglosh” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə çap olunaraq elmi ictimaiyyətə təqdim edilib.
Elmi Mərkəzin direktoru qeyd edib ki, adi ensiklopediyadan öz funksionallığı, dizayn səviyyəsi və strukturu ilə fərqlənən, bununla belə, Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirən xüsusi cilddə xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv göstərilib, başqa ölkələrlə tarixi və müasir əlaqələrinə böyük diqqət yetirilib, təbii və antropogen obyektlər işıqlandırılıb. Akademik yaranmış tələbdən irəli gələrək həmin nəşrin 2012-ci ildə Almaniyada rus dilində çap edildiyini nəzərə çatdırıb.
T.Nağıyev Prezident İlham Əliyevin Elmi Mərkəzdə görülən işləri yüksək qiymətləndirdiyini, dövlətimizin başçısının mərkəzin 50 illik yubileyinin keçirilməsi və bu qurumun əməkdaşlarının orden, medal və fəxri adlara layiq görülməsi haqqında imzaladığı müvafiq sərəncamlarını böyük diqqətin göstəricisi olduğunu söyləyib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Milli Ensiklopediyası böyük rol oynamalıdır. Vurğulanıb ki, bu gün nəşr edilən ensiklopediyalar təmənnasız olaraq kitabxanalara paylanılır. Xaricdən ensiklopediya ilə tanış olmağın mümkünlüyündən söz açan Ə.Qarayev bu baxımdan internet üzərindən də ensiklopediyaya girişin vacibliyini vurğulayıb. Nazir müasir dövrümüzdə milli ensiklopediyanın formalaşmasında azərbaycanlı alimlərin əməyini yüksək dəyərləndirib, Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.
Təhsil naziri Mikayıl Cabbarov özündə maarifçilik ənənələri daşıyan ensiklopediyaların nəşrlərinin bütün təhsil müəssisələrinə paylanıldığını söyləyib. Nazir müasir dövrdə ensiklopediyanın digər dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayıb, kollektivə daha böyük uğurlar arzulayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, akademiklər Abel Məhərrəmov, Teymur Kərimli, Elmi Mərkəzinin texnika, neft, mədən işləri, informatika, elektronika redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının ölkəmizin müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar. Bildirilib ki, Azərbaycan Milli Ensiklopediyası, ilk növbədə, milli dövlətçiliyin inkişafının rəhni olan milli birliyin möhkəmlənməsinə xidmət edən mühüm amilə - etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən nəşrdir.
Sonda Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

