/ / BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri: Yeni iqtisadi model Azərbaycan iqtisadiyyatını şaxələndirəcək
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri: Yeni iqtisadi model Azərbaycan iqtisadiyyatını şaxələndirəcək
03.06.2016 [10:02]
Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC rektoru, professor Ədalət Muradovla görüşdə yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə müzakirələr aparılıb.
Məhəmməd əl-Qorçi Azərbaycandakı son iqtisadi proseslər, aparılan struktur islahatları barədə danışıb. Ölkədəki iqtisadi durumun sürətlə dəyişdiyini bildirən missiya rəhbəri, bunu iqtisadi-siyasi tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkənin özəl və qeyri-neft sektorlarının inkişafını nəzərdə tutan yeni iqtisadi model Azərbaycan iqtisadiyyatını şaxələndirəcək. “Hökumət doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib”, - deyən missiya rəhbəri Beynəlxalq Valyuta Fondunun atılan addımları yüksək qiymətləndirdiyini qeyd edib.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri tədiyyə balansı ilə bağlı müsbət trendin olmasını da vurğulayıb.
UNEC rektoru, professor Ə.Muradov bildirib ki, Azərbaycan iqtisadiyyatında mövcud çağırışlar, ilk növbədə, neftin qiymətinin dəyişkənliyi ilə bağlıdır. Azərbaycanda əvvəlki illərdə həyata keçirilən uğurlu siyasət bu çağırışlara layiqli cavab verməyə imkan verir. Belə ki, dövlət başçısı həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədi ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” barədə Sərəncam verib.
Rektor Azərbaycanın Türkiyə və İranla iqtisadi əlaqələrini genişləndirdiyini, “İpək yolu” marşrutu üzrə müvafiq layihələr həyata keçirdiyini də diqqətə çatdırıb. Biznes və investisiya mühitinin yaxşılaşdırılmasından danışan Ə.Muradov, sahibkarlığın stimullaşdırılması məqsədilə bu sahədə yoxlamaların dayandırıldığını, lisenziyaların və icazələrin sayının kəskin azaldığını bildirib. Apellyasiya Şuralarının yaradıldığı, maliyyə bazarlarına nəzarətin gücləndirildiyi və investisiyaların təşviqi sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini söyləyib.
Bankların fəaliyyətindən söz açan rektor bildirib ki, Mərkəzi Bankın əsas məqsədi öz səlahiyyətləri çərçivəsində qiymət sabitliyini təmin etmək olsa da, bu qurum ÜDM-in artımını təmin edə biləcək obyektlərdən biri olmalıdır.
Onun sözlərinə görə, Azərbaycan neftlə zəngin olan çox az ölkələrdən biridir ki, neftin yüksək qiyməti hesabına əldə etdiyi gəlirlərdən səmərəli istifadə edib. Azərbaycanın iqtisadi inkişafının gələcəyinə dair aydın, müsbət qiymətləndirilə biləcək siyasi baxışı var. Ən vacibi, neft kapitalının insan kapitalına çevrilməsi siyasətidir ki, yüzlərlə gənc neft vəsaiti hesabına nüfuzlu xarici universitetlərdə təhsil alır. Əminəm ki, bu insan kapitalı Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13

