BP-nin vitse-prezidenti Helmut Şuster Bakı Ali Neft Məktəbində olub
28.05.2016 [08:46]
BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) olub. O, Bakı Ali Neft Məktəbinin rəhbərliyi və tələbələri ilə görüş keçirib. BANM-in rektoru Elmar Qasımov qonağı salamlayaraq ona ali məktəb haqqında məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış ali təhsil müəssisəsinin artıq ölkədə ən nüfuzlu ali təhsil ocaqlarından birinə çevrildiyini qonağın diqqətinə çatdırıb. E.Qasımov BANM-də neft-qaz, avtomatika və kimya sənayesi üzrə ingilisdilli, peşəkar mütəxəssislər hazırlandığını vurğulayıb. Rektor Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarının artıq təsdiqini tapdığını bildirib. SOCAR-ın ən uğurlu sosial layihələrindən biri olan Bakı Ali Neft Məktəbinin yaradılmasının əsasında peşəkar mütəxəssis kimi yetişərək gələcəkdə ölkəmizi məhz xarici şirkətlərdə təmsil edə biləcək və SOCAR-ın beynəlxalq layihələrində, o cümlədən BP şirkəti kimi beynəlxalq şirkətlərdə çalışacaq kadrların hazırlanması olduğunu deyib. BP şirkəti ilə ali məktəbin geniş əməkdaşlıq əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını diqqətə çatdırıb. O bildirib ki, BANM-də elmin və təcrübənin vəhdətində verilən yüksək biliklər tələbələrə gələcəkdə istər yerli, istərsə də beynəlxalq şirkətlərdə öz karyeralarını qurmağa, əmək bazarındakı rəqabətdə önə çıxmağa stimul verir.
Helmut Şuster Bakı Ali Neft Məktəbində olmaqdan məmnunluq ifadə edərək bildirib ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda insan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır. O, bu səfər çərçivəsində yüksək tədris səviyyəsinə malik ali məktəbdə olmasından şad olduğunu deyib.
Helmut Şuster tələbələrin suallarını cavablandırıb və verilən suallardan BANM-in tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu müşahidə etdiyini deyib. Tədbirin sonunda rektor Elmar Qasımov ona “Fəxri qonaq” diplomunu təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19

