Yanis Panaqopolus: Ümumyunan Əmək Konfederasiyası AHİK ilə əməkdaşlığa xüsusi önəm verir
20.05.2016 [10:15]
Mayın 19-da Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev respublikamızda həyata keçirilən quruculuq işləri, iqtisadi islahatlar, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib.
Həmkarlar ittifaqlarının tarixindən söz açan Səttar Mehbalıyev bildirib ki, zəngin ənənələrə malik Azərbaycan həmkarlar hərəkatı bir sıra mərhələlərdən keçib. 1905-ci ilin oktyabrında Bakıda fəhlə və qulluqçuların ilk həmkarlar ittifaqlarının yaradılması ilə başlayan bu hərəkat tezliklə geniş vüsət alaraq əsas istehsal, nəqliyyat və xidmət sahələrini əhatə edib. Həmin dövrdə həmkarlar ittifaqları əmək hüquqlarının əsl müdafiəçisi kimi çıxış edərək iş şəraitinin yaxşılaşdırılmasında, sosial-məişət problemlərinin həllində mühüm uğurlara nail olub.
Diqqətə çatdırılıb ki, sovet hakimiyyəti illərində həmkarlar ittifaqları əslində siyasi-ideoloji və idarəçilik sisteminin mühüm tərkib hissələrindən biri idi. Ölkədə həyata keçirilən bütün quruculuq və maarifçilik işlərində həmkarlar ittifaqları yaxından iştirak edib, bir çox hallarda isə bu tədbirlərin əsas təşkilatçıları və icraçıları olublar.
Həmkarlar ittifaqlarının 1 milyon 600 mindən çox insanı birləşdirdiyini deyən Səttar Mehbalıyev vurğulayıb ki, Azərbaycanda əmək hüquqlarının qorunmasında, işçilərin sosial məsələlərinin həllində həmkarlar ittifaqlarının çox mühüm rolu var.
Ulu öndər Heydər Əliyevin bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratdığını bildirən AHİK sədri qeyd edib ki, məhz Ümummilli liderin şəxsi təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaradıb.
Qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti, 180-dən artıq beynəlxalq həmkarlar ittifaqı mərkəzi ilə sıx əməkdaşlıq əlaqələri haqqında məlumat verən AHİK sədri daha sonra Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial sahələrdə aparılan işlərdən söhbət açıb.
AHİK sədri diqqətə çatdırıb ki, sosial tərəfdaşlar tərəfindən layiqli əməyin təminatı Azərbaycanda iqtisadi və sosial siyasətin ən əsas məqsədlərindən biridir. Beynəlxalq Əmək Təşkilatının mandatı ilə bağlı sahələrdə ölkədəki vəziyyət, prioritetlər nəzərə alınmaqla müəyyənləşdirilib, iqtisadi və sosial siyasətin əsas tərkib hissəsi kimi məşğulluq problemləri ön plana çəkilib. Beləliklə, BƏT ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı əsasında işlənilib icra planının yerinə yetirilməsi ilə bağlı AHİK tərəfindən məşğulluq strategiyasının icrası və gənclər arasında məşğulluğun artırılması siyasətinin təkmilləşdirilməsi, layiqli iş yerlərinin yaradılmasına dəstək, sosial dialoqu gücləndirmək, beynəlxalq əmək standartlarının icrasının yeniləşdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Ümumyunan Əmək Konfederasiyasının prezidenti Yanis Panaqopolus Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini və dostluq əlaqələrinin daha da inkişaf etməsini arzuladıqlarını bildirib. O, münasibətlərin bundan sonra da inkişaf edəcəyinə, eyni zamanda, yaranmış işgüzar əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

