Rusiya, Türkiyə və Azərbaycan ziyalıları qardaşlaşan məktəbliləri təbrik etdilər
16.02.2016 [10:30]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə ilk dəfə “Qardaşlaşmış məktəblər” layihəsinə Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəbliləri də qatılıblar. Fevralın 13-dən 16-dək davam edən layihə çərçivəsində Bakıya gələn Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bakı Slavyan Universitetində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə görüşdən sonra “Qardaşlaşma Sazişi”nin imzalanması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rus, türk və azərbaycanlı məktəbliləri salamlayıb: “Müxtəlif millətlərin dost və qardaş kimi yaşadıqları ölkəmizdə, paytaxtımız Bakıda sizin təşəbbüsünüzlə təhsil aldığınız doğma məktəblərinizi qardaşlaşdırmaq istəyinizi nəcib və şərəfli fəaliyyət kimi dəyərləndirmək olar. Sizin bu təşəbbüsünüz müasir dünya insanının ən böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfədir. Mən sizə dərslərinizdə və saf niyyətlə həyata keçirdiyiniz bütün işlərinizdə uğurlar arzulayır, məktəblərinizin qardaş olması münasibətilə ürəkdən təbrik edirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olduğunu deyib: “Faydalı və maraqlı layihələrlə cəmiyyətdə rəğbət qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi öz məramına görə böyük marağa səbəb olmuşdur. Həqiqətən də, yeni nəslin doğulub böyüdüyü vətənini daha yaxından tanımasına, sevməsinə, yaxın-uzaq ellərdə yaşayan həmyaşıdları ilə birbaşa dostluq ünsiyyəti qurmasına xidmət etmək əhəmiyyətli işdir. Bilik Fondunun dəstəyi ilə Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların birliyə aparan yolunun daha aydın və işıqlı olmasına kömək edir, böyüklərə mesaj verir ki, ümumi evimiz olan dünyamızda yalnız sülhə əsaslanmaqla ayrı-seçkiliklərə yer vermədən mehriban qonşuluqla, qarşılıqlı anlaşma və əməkdaşlıq yolu ilə irəli getmək olar. Uşaqların istədiyi budur, məktəblərin qardaşlaşması da bu amala xidmət edir.
Qardaşlığınız millətlərimiz, dövlətlərimiz və gələcəyimiz üçün xeyirli olsun, əziz balalar!”
Tədbirdə Rusiyadan və Türkiyədən olan ictimaiyyət nümayəndələrinin, ziyalıların təbrik məktubları da oxunub. Belə ki, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının maliyə bazarı üzrə Komitə sədrinin müavini Dmitri Savelyev öz təbrik məktubunda ölkəmizdəki tolerant mühiti yüksək dəyərləndirib: “Azərbaycan multikultural ölkə kimi cəmiyyətdə tolerantlığın yüksək səviyyədə saxlanılmasında parlaq nümunədir. Əminəm ki, müxtəlif ölkələrin və xalqların, o cümlədən Rusiya Federasiyasının gənc nümayəndələrinin fəal iştirakı ilə bu ilin fevralında Azərbaycanın qonaqpərvər paytaxtında reallaşan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi məktəblilərin yaddaşında unudulmaz iz qoyacaq, onların dostluğu isə bir çox ölkələrin böyüyən gəncliyinin dinc gələcəyinə zəmin yaradacaqdır”.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili, professor Necdet Ünüvar məktəblilərə təbrikində 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını dünyaya verilən sülh mesajı adlandırıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi yüzillərdir digər dinlərə və mədəniyyətlərə hörmət edən və bunu bir yaşam tərzi olaraq mənimsəyən Azərbaycan xalqının dünyaya verdiyi bir sülh mesajıdır. Belə bir düşüncənin davamı olaraq Bakıda müxtəlif ölkələrdən gələn şagirdlərin görüşməsi və qardaşlaşması çox böyük bir addımdır. Bu tədbirdə Türkiyədən Heydər Əliyevin adını daşıyan məktəbdən də şagirdlərin iştirakı bizi çox məmnun edir. Belə bir dəvət və tədbir üçün sizə təşəkkür edir, təbrik edir və əməkdaşlığımızın davamlı olmasını diləyirəm”.
“Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçılarına Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, Rusiya Federasiyasının əməkdar elm xadimi, professor Oleq Aleksandroviç Zaytsevin təbrikləri çatdırılıb. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir dövlətdə yaşayan müxtəlif xalqların nümayəndələri arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi, cəmiyyətin birləşməsi yolunda mühüm addımdır. Bu hazırkı mürəkkəb və təlatümlü dövrdə bütün dünya üçün, həqiqətən humanist bir çağırışdır.
“Qardaşlaşmış məktəblər” layihəsinin bütün iştirakçılarına təhsildə müvəffəqiyyətlər, uğurlar və xoşbəxtlik arzulayıram. Qoy tərəfinizdən imzalanan saziş sizin gələcək həyatınızda həqiqi qardaşlıq münasibətlərinə zəmin yaratsın. Oxuyun, çalışın, yaradın, dost olun!”
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

