“Siz bizə güvənin və bizdən əmin olun”
30.01.2016 [10:24]
İsmayıl Alper Coşqun: Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasında hər hansı bir tərəddüd ola bilməz
Dünən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun səfirlikdə bir sıra yerli media nümayəndələri ilə səhər yeməyində görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, bölgədə baş verən proseslər, dünyada yaşanan iqtisadi gərginlik ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, yaxın perspektivdə Azərbaycanla Türkiyənin iqtisadi sahədə reallaşdıra biləcəyi layihələr haqqında danışılıb.
İki qardaş ölkə arasında əlaqələrin hər il daha da inkişaf etdiyini deyən səfir həmçinin 2016-cı ildə bu istiqamətdə növbəti addımların atılacağını bildirib. Qlobal maliyyə böhranının daha kəskin hal aldığı bir şəraitdə bu əlaqələrin bir qədər də dərinləşməsinin vacib olduğunu deyən diplomatın sözlərinə görə, yanvarın 29-da Türkiyədən Azərbaycana səfər edən nümayəndə heyətinin də əsas məqsədi mövcud şəraitdə atıla biləcək birgə addımları müzakirə etməkdir.
Səfir deyib ki, Türkiyə tərəfi, eyni zamanda, Naxçıvanla da iqtisadi əlaqələr başda olmaqla daha çox sahədə əməkdaşlıq etmək niyyətindədir: “Buna görə də iş adamlarımızın Naxçıvana səfəri də gündəmdədir. Çünki Azərbaycanın Naxçıvanda həyata keçirdiyi iqtisadi siyasət, əldə etdiyi uğurlar bir nümunə təşkil edir. İyirmi beş il əvvəl enerji qıtlığı ucbatından meşələrin kəsilib doğrandığı Naxçıvan bu gün Türkiyəyə elektrik enerjisi ixrac edir. Bu da, bir daha deyirəm, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin uğurudur”.
KİV təmsilçiləri ilə görüşdə 2016-cı ilin Türkiyə-Azərbaycan münasibətləri baxımından enerji və nəqliyyat ili olacağını deyən səfir bu istiqamətdə işlərin qaydasında getdiyini və TANAP layihəsinin 2018-ci ildə başa çatdırılacağını bildirib: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində bir az ləngimə olsa da, işlər bu ilin sonunadək tamamlanacaq. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində, işlər ötən il bitməli idi, lakin bəzi kiçik problemlər ortaya çıxdı. Artıq həmin problemlər həll olunub və işlər bu il mütləq bitəcək”.
Görüş zamanı diplomat bir vacib məqama da toxunub. Səfir bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir. Bunun kökündə xalqlarımızın əsrlərin sınağından çıxmış birliyi dayanır. Hazırda bu iki qardaş dövlət həmin birlikdən güc alaraq həm inkişaf edir, həm də dünyada sülhün, əmin-amanlığın, multikultural dəyərlərin qorunmasına öz töhfələrini verir.
Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da bir daha ölkəsinin mövqeyini ifadə edərək deyib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər bölgədə normallaşma ola bilməz.
AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin səsverməsi zamanı bəzi türk deputatların səsvermədə iştirak etməməsi məsələsinə də toxunan səfir İsmayıl Alper Coşqun hansısa deputatın addımına görə mövqe bildirmək istəmədiyini deməklə yanaşı “Lakin Türkiyədə heç bir yerdə, heç bir rəsmi qurumda insanlar heç bir vaxt bir araya gələrək “Bu problemin həllində Azərbaycana necə mane ola bilərik?” şəklində müzakirə aparmayıblar. Əksinə, “Münaqişənin həlli üçün Azərbaycana daha yaxşı necə kömək edə bilərik?” şəklində müzakirələr olur. Hər kəs bilsin ki, Türkiyə dövlətinin siyasəti, 80 milyona yaxın əhalinin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssasdır. Əslində, bu, dövlət siyasətindən də yüksəkdə duran məsələdir. Ona görə də əminliklə deyirəm ki, siz bizə güvənin və bizdən əmin olun. Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasında hər hansı bir tərəddüd ola bilməz” sözlərini də əlavə edib.
Sonda KİV təmsilçiləri iki ölkə əlaqələrinin perspektivləri ilə bağlı fikir və təkliflərini səsləndirib, onları maraqlandıran sualları səfirə ünvanlayıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34

