“Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları - Müqəddəs amal” kitabının təqdimatı olub
17.12.2015 [10:31]
Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları - Müqəddəs amal” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifləri yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovdur.
Nəşrdə Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhid Milli qəhrəmanların ailə üzvləri ilə və həyatda olan Milli qəhrəmanlarla görüşlərindən, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Həmçinin, Ulu öndər Heydər Əliyevin Milli qəhrəmanlarla görüşlərinə, Vətən haqqında fikirlərinə geniş yer verilir.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabın məziyyətlərindən danışıb, gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi böyüməsində, Milli qəhrəmanlarımızın təbliğində bu nəşrin mühüm rol oynayacağını qeyd edib. Bildirib ki, bu kitab həm də gənclərimiz üçün bir təcrübə məktəbidir.
Yazıçı-publisist Oqtay Əliyev kitabda toplanan oçerklərdə 211 milli qəhrəmanın həyat və döyüş yollarından bəhs olunduğunu bildirib.
Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı və digərləri çıxış edərək Prezident İlham Əliyevin həmişə şəhid ailələrinə diqqət və qayğı göstərdiyini bildiriblər. Prezidentin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və siyasi qüdrətinin daha da artdığı, ordu quruculuğuna xüsusi diqqətin ölkəmizin daha da möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Çıxışlarda Milli qəhrəmanların tanıdılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxElm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56

