SOCAR: Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, axtarışlar davam etdirilir
10.12.2015 [10:20]
Səhər saatlarından hava şəraitinin ağır olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinə məxsus, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarış işlərini davam etdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 9-da saat 11-də keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov məlumat verib.
Qeyd edilib ki, küləyin sürəti çox olduğu üçün sualtı axtarışlar müvəqqəti olaraq dayandırılıb. Lakin həm “Neft daşları”, həm də “Günəşli” sahəsində ehtiyatda gəmilər saxlanılıb. Hər hansı bir məlumat daxil olduqda həmin gəmilər həmin əraziyə yaxınlaşacaqlar.
“Hazırda 5 gəmi yanğının söndürülməsinə cəlb olunub. 10 nömrəli özüldə avadanlığın quraşdırılması işləri hava şəraitindən asılı olaraq dünən yekunlaşdırıla bilməyib. Hazırda fontana qarşı “Boots&Coots” şirkətinin mütəxəssislərinin də iştirakı ilə iş planı hazırlanır. Bu plan FHN-in yanğınsöndürən gəmilərinin işinin daha da asanlaşmasını təmin edəcək”, - deyə B.Ağarəhimov bildirib.
Onun sözlərinə görə, cəsədləri sudan çıxarılan əməkdaşların üzərində xilasedici jiletlərin olmaması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir.
* * *
Saat 16-da keçirilən mətbuat konfransında Balamirzə Ağarəhimov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin, o cümlədən də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “AZAL” QSC-dən sifariş olunan helikopterlər itkin düşmüş işçilərin axtarışını davam etdirir. Təəssüflər olsun ki, nə “Neft daşları”, nə də “Günəşli” sahəsində itkin düşmüş işçilərin axtarışı ilə bağlı hər hansı yenilik yoxdur. Hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir.
* * *
Saat 20-də keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov deyib: “Təəssüf ki, bugünkü axtarışlar hələlik nəticə verməyib. Hava şəraitinin əlverişsiz olması axtarış işlərini çətinləşdirir. Lakin bütün bunlara baxmayaraq, axtarışlar davam etdirilir”.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov isə hazırda yanan 4 qaz quyusunun söndürülməsinə 5 yanğınsöndürən gəminin cəlb olunduğunu bildirib. Qeyd edib ki, itkin düşmüş işçilərin axtarışları Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri, Dövlət Sərhəd Xidmətinin helikopterləri, həmçinin gəmilərlə aparılır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

