Həştəqlərdə mübarizə: Azərbaycanlı gənclər qələbəyə doğru...
19.06.2015 [09:38]
Bakıda keçirilən birinci Avropa Oyunları sosial şəbəkələrdə uğurla təbliğ olunur
Sirr deyil ki, qloballaşan dünyada hər bir ölkənin öz milli informasiya cəmiyyəti formalaşmaqdadır. İndiki mərhələdə informasiya cəmiyyəti, bütövlükdə, ölkənin ictimai, siyasi, ideoloji, mədəni, intellektual paradiqmalarını formalaşdıran əsas kimi çıxış edir. Çünki bütün hallarda cəmiyyəti təşkil edən hər bir fərd onda olan informasiya əsasında fəaliyyət göstərir və ətraf mühitlə davranışlarını bu əsasda formalaşdırır. Nəzərə alsaq ki, modern informasiya cəmiyyətlərinin spesifik xüsusiyyətlərindən biri informasiya istehlakının həddindən artıq çox olması və informasiyanın fərdin sosial keyfiyyətlərini formalaşdırmasıdır, o zaman biz informasiyanın nə qədər əlahiddə bir vasitə olduğunu bir daha anlamış olarıq.
İnformasiya cəmiyyəti milli sərhədlərlə məhdudlaşmır. Müasir mərhələdə isə çoxsaylı informasiya texnologiyalarının mövcud olması və informasiyanın ötürülmə mexanizminin, yollarının çoxluğu informasiyanın daha sürətlə və operativ şəkildə yayılmasını təmin edir. Xüsusən, sosial şəbəkələrin informasiya mənbəyi və ötürücüsü olduğu müasir dövrdə dövlətin informasiya təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyətə malikdir. Əlbəttə ki, bu prosesdə rəsmi dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, siyasi partiyaların təmsilçiləri və kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifələr düşür.
“Facebook” yerini “twitter”ə təhvil verir
Hazırda dünyada sosial şəbəkə istifadəçilərinin sayı durmadan artır. Bu gün “facebook”, “twitter”, “instagram” və bu kimi sosial şəbəkələrdən daimi istifadə edənlərin sayı 100 milyonlarla ölçülür. Azərbaycanda da kifayət qədər sosial şəbəkə istifadəçiləri var. Araşdırmalar göstərir ki, bu gün ölkə əhalisinin ən çox müraciət etdiyi sosial şəbəkə ünvanı “facebook”dur. “Facebook” sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aprelin sonuna 80,1 faiz təşkil edib və bu, 1,2 milyondan çox vətəndaş deməkdir. Lakin son dövrlərdə “facebook” öz populyarlığını itirməkdədir və dünyada “twitter” istifadəçilərinin sayı durmadan artır. Xüsusilə dünya siyasətçiləri və mədəniyyət xadimləri arasında kifayət qədər populyar olan “twitter”ə ölkəmizdə də maraq yetərincədir. Rəsmi statistikaya əsasən, ölkəmizdə “twitter” istifadəçilərinin sayı cari ilin əvvəlində 33 faiz artıb. Son günlərdə isə ölkə vətəndaşlarının, xüsusilə, gənclərin “twitter”də fəallığı daha da artaraq nəzərə çarpan nəticələrə gətirib çıxarıb.
Gənclər anti-azərbaycançı mərkəzlərə qarşı
Sirr deyil ki, ölkəmizdə Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bir sıra anti-azərbaycançı, ermənipərəst və islamofob dairələrin Azərbaycana qarşı “qara piar” kampaniyası fəallaşıb. Həmin mərkəzlərin təlimat və tezisləri ilə fəaliyyət göstərən qrupların bu prosesdə iştirakı əsasən sosial şəbəkələr vasitəsilə reallaşır. Bu isə gənclərimizin sosial şəbəkələrdə fəallığının daha da artmasını zərurətə çevirir. Müşahidələrimiz isə Azərbaycan gənclərinin bu işin öhdəsindən layiqincə gəldiyini göstərir.
Qeyd etmək yerinə düşər ki, beynəxalq anti-azərbaycançı şəbəkənin ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə bağlı apardığı “qara piar” kampaniyası çərçivəsində materiallar əsasən “twitter”də #baku2015, #realbaku2015, #europeangames, #realbaku, #iloveazerbaijan, #biginbaku və #hellobaku həştəqlərində yerləşdirilir. Gənclərimiz də onların bu həştəqlərdə layiqli cavabını verirlər.
Həştəqlərdə üstünlük tamamilə azərbaycanlı gənclərin əlindədir
Gənclər sözügedən həştəqlərdə Oyunların açılışı, yarışların gedişi, ölkəmizin nailiyyətləri ilə bağlı xəbərlər, maraqlı fotolar, video süjetləri yerləşdirir, bununla da həm “twitter” istifadəçiləri arasında ilk Avropa Oyunları ilə bağlı effektiv təbliğat işi aparır, həm də ölkəmizə qarşı “qara piar” kampaniyasını zərərsizləşdirir. Son bir neçə gündə bu həştəqlərdə 100 minlərlə “tvit”lər paylaşılıb. Son araşdırmalar da təsdiq edir ki, bütün həştəqlərdə, o cümlədən, anti-azərbaycançı mərkəzlərin yaratdıqları həştəqlərdə üstünlüyü tamamilə azərbaycanlı gənclər ələ alıblar. Sadə bir misala diqqət yetirək: İlk Avropa Oyunlarının iyunun 12-də keçirilən açılış mərasimindən yüzlərlə müxtəlif fotolar və videolar həştəqlərdə yerləşdirilib və bu “tvit”lər “retvit” (təkrar paylaşım - red.) olunaraq bir neçə saat ərzində 100 mindən artıq ismarıca çevrilib. Bu isə həmin həştəqlərdə yerləşdirilən bu qədər sayda informasiya deməkdir ki, bunun da nə qədər əhəmiyyətli göstərici olduğunu demək elə də çətin deyil.
Ya da başqa bir misala diqqət yetirək: Bildiyimiz kimi, açılış mərasimində dünya şöhrətli müğənni Ledi Gaga da iştirak etmişdi. Müğənninin bununla bağlı paylaşımı 11 min fərqli istifadəçi tərəfindən “retvit” olunub.
Beləliklə, sağlam ölkə gənclərinin birgə və koordinasiyalı fəaliyyəti Azərbaycana qarşı “qara piar”ın hədəfə çatmasının qarşısında keçilməz sədd çəkib.
Mükəmməl vizual kompozisiya
Diqqət çəkən əsas məqamlardan biri gənclərin sosial şəbəkələrdən peşəkar istifadəsidir. Belə ki, Azərbaycan gənclərinin paylaşdıqları “tvit”lərdə ilk Avropa Oyunlarının mükəmməl vizual kompozisiyası yaradılıb. Foto və şəkillərdən, cədvəl və qrafiklərdən yerində istifadə, mövzu rəngarəngliyi paylaşılan “tvit”lərin daha da maraqlı olmasını təmin edib. Bu sahədə mütəxəssislərin də vurğuladıqları kimi, vizuallıq sosial şəbəkə paylaşımlarında əsas şərtlərdən biridir. Yəni təqdimat informasiyanın cəlbediciliyini və oxunaqlılığını təmin edir. Azərbaycanlı gənclərin peşəkarlığı və kreativ yanaşma bu istiqamətdə də özünü göstərib. Bu da nəticə etibarilə Oyunların sosial şəbəkələrdə uğurlu və maraqlı piarının təşkilinə mühüm töhfədir.
BBC: Həştəqlər arasında “rəqib komandalar” hələ də yarışır
Azərbaycanlı gənclərlə ölkəmizə qarşı olan “şəbəkə”nin sosial şəbəkələrdə mübarizəsi bir sıra beynəlxalq media orqanlarının da diqqətini çəkib. BBC-nin bununla bağlı hazırladığı “#Baku2015: Avropa Oyunlarında həştəqlər də yarışır” mövzusunda reportajda da bu mübarizəyə yer verilib. Saytın məlumatında belə deyilir: “Həştəqlər arasında “rəqib komandalar” hələ də yarışır: hökumətpərəst fəallar #RealBaku kimi həştəqləri mənimsəyiblər. Onlar son həftələr ərzində, demək olar ki, hər gün müxtəlif hesablardan mütəşəkkil olaraq Oyunları təbliğ edən, insan haqları fəallarına etiraz edən “tvit”lər paylaşıblar”.
Beləliklə, sadalananlardan bir daha bu qənaət hasil olur ki, Azərbaycan həqiqətləri prosesə gənclərin də fəal qoşulması ilə sosial şəbəkələrdə geniş təbliğ olunur və həştəqlərdə mübarizə bizim lehimizə davam edir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51

