“Avropa Oyunları: Gözləntilər və nəticələr” mövzusunda tədbir keçirilib
21.05.2015 [09:48]
Mayın 20-də “Səs” qəzetinin redaksiyasında “Avropa Oyunları: Gözləntilər və nəticələr” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ötən gün Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Dəyirmi masa”da “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanın mötəbər beynəlxalq tədbirləri keçirmək üçün böyük təcrübəsinin olduğunu vurğulayıb. O bildirib ki, dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi haqqında qərarın ölkəmizin dünyada artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın bu Oyunların keçirilməsi üçün tam hazır olduğunu deyən A.Rəhimzadə ölkəmizin təbliğində bu mötəbər idman tədbirinin əhəmiyyətini yüksək qiymətləndirib.
“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı təəssüratların uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdırıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında Azərbaycanın mötəbər beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya çempionatlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və digərləri də Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yorulmaz səyləri nəticəsində bu mötəbər idman yarışının keçirilməsi üçün hazırlıq işlərinin yüksək səviyyədə və qısa müddətdə başa çatdırıldığını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

