Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur
27.12.2014 [09:03]
Səbail rayon İcra Hakimiyyəti Respublika Veteran Təşkilatları Şurası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatı ilə birgə 132-134 nömrəli Təhsil Kompleksində “Ulu öndər Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı və qurucusudur” mövzusunda tədbir keçirib.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev müstəqil Azərbaycanın öz ordusunun yaradılması və möhkəmləndirilməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin gördüyü işlərdən danışıb. Qeyd edilib ki, Heydər Əliyev SSRİ dövründə və müstəqilliyini bərpa edəndən sonra Azərbaycana rəhbərlik etdiyi illərdə ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirib. Məhz Onun uzaqgörənliyi nəticəsində hələ 1971-ci ildə Azərbaycanda ilk hərbi lisey yaradıldı və bu liseydə azərbaycanlı uşaqlar təhsil alaraq, sonradan ölkənin ali hərbi məktəblərinə daxil olmaq, zabit peşəsinə yiyələnmək imkanı əldə etdilər. Bu gün Azərbaycan Ordusunun sıralarında vaxtilə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirmiş yüzlərlə zabit və general xidmət edir. Onların çoxu Qarabağ döyüşlərində böyük şücaət göstərib.
Bildirilib ki, Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində səylərini daha da artırıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir bir ordu yaradılmasına nail olub.
Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Əfqanıstan və Qarabağ veteranı, general-mayor Məmmədhüseyn Sarıyev, Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Böyük Vətən Müharibəsi iştirakçıları-95 yaşlı Bəkir Məmmədov və Adilə Ağakişiyeva, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi veteranı, Respublika Veteran Təşkilatları Şurası rəyasət heyətinin üzvü Həsən Əmirov müasir Azərbaycan Ordusunun yaradılması və möhkəmləndirilməsi, onun kadr potensialının təkmilləşdirilməsi istiqamətində Ümummilli liderin gördüyü işlərdən, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda əldə olunmuş nailiyyətlərdən, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlərdən söhbət açıblar.
Qonaqlar şagirdlərin suallarını cavablandırıblar. Təhsildə və ictimai həyatda fərqlənən bir qrup 11-ci sinif şagirdi Respublika Veteran Təşkilatları Şurasının fəxri fərmanları ilə təltif olunublar.
Tədbirin sonunda Təhsil Kompleksinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

