“Azərsu” ASC-də kadrların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilir
19.11.2014 [10:05]
Noyabrın 17-də Füzuli rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində növbəti “Kompleks Təlim Proqramı”nın açılışı olub. Horadiz şəhərində təşkil olunmuş tədbirin iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla anıblar.
Sonra şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə ilk olaraq “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib. Mərasimdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən və rayonda aparılan abadlıq-quruculuq işlərindən danışıb: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin sosial problemlərinin həlli istiqamətində Füzuli rayonunda mühüm işlər görülüb. Cəbhəyanı bölgə sakinlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsində sakinlər keyfiyyətli içməli su ilə təmin olunub”.
Çıxış edən “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində regionlarda həyata keçirilən layihələr barədə məlumat verib. Natiq qeyd edib ki, layihələrin icrası ilə yanaşı, kadrların peşəkarlığının artırılmasına da xüsusi diqqət yetirilir.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov isə qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə cəbhəyanı kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Cəbhə xəttində yerləşən və içməli su çatışmazlığından əziyyət çəkən kəndlərin problemlərinin həlli istiqamətində işlər surətlə davam etdirilir. Yerli icra strukturlarının dəstəyi ilə Füzuli rayonunun cəbhə bölgəsində yerləşən kəndlərinin içməli su problemi köklü şəkildə həll edilib”.
Tədbirə dəvət olunmuş Fransanın “Suez Environment” şirkətinin layihə direktoru Alen Karbonel keçirilən təlimləri yüksək qiymətləndirib və “Azərsu” ASC ilə əməkdaşlığın faydalı olacağını bildirib.
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə Füzuli rayonunda keçirilən 6-cı regional təlimdə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, İmişli, Laçın, Tərtər, Xocavənd və Zərdab sukanal idarələrinin 224 nəfər əməkdaşının iştirak etdiyini bildirib: “Seminar və praktiki məşğələlər formasında keçirilən təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər “Azərsu” ASC-nin “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar həyata keçiriləcək”.
Açılış mərasimindən sonra “Azərsu” ASC-nin rəhbərliyi Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə olub, şəxsi heyətlə görüşərək onlara müxtəlif hədiyyələr təqdim edib.
NADİR
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

