Dünən MŞ-nin Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
10.10.2014 [09:07]
Dünən Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 müraciəti araşdırıb.
Öncə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Şəfəqə doğru” qəzetindən şikayətinə baxılıb. Müraciət müəllifini və cavabdehi dinləyən, müvafiq sənədləri nəzərdən keçirən komissiya üzvləri qənaətə gəliblər ki, məsələ tərəflər arasında anlaşma yolu ilə həllini tapmalıdır.
İclasda iki kütləvi informasiya vasitəsi barədə sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məntiqi sayılıb. Şəki şəhər İcra Hakimiyyətinin “Təhqiqatın gücü” qəzeti, Lerik rayon İcra Hakimiyyətinin “Arama” jurnalı barədə şikayətlərinin müzakirəsi belə rəylərin çıxarılması ilə nəticələnib. Bu zaman nəzərə alınıb ki, adıçəkilən qəzetə əvvəllər də MŞ-nin xəbərdarlığı olunub, nəşr rəhbərliyi məsələnin müzakirəsinə qatılmaqdan yayınıb. Şikayət doğuran yazıda isə peşə etikasının bir sıra prinsipləri pozulub.
“Arama” jurnalına gəldikdə isə bildirilib ki, 4 ildə cəmi 3 sayı işıq üzü görən jurnaldakı materialların tam əksəriyyəti “reket jurnalistika”ya xas tərzdə yazılıb. Nəşrin baş redaktoru Mahir İmamovun fəaliyyətində peşə və vəzifə səlahiyyətlərini aşan hallar üstünlük təşkil etməkdədir.
Qobustan rayonunda qaval daşının satılması ilə bağlı bir sıra xəbər portallarında böhtan xarakterli yazıların yayımlanması ilə əlaqədar həmin rayonun İcra Hakimiyyətinin müraciətinin müzakirəsi zamanı maraqlı məqamlar aşkarlanıb. Komissiya müəyyənləşdirib ki, məlumatı təqdim edən saytlar məsələyə yanaşmada bilgisizlikləri ilə yanaşı, sivil jurnalistikanın tələbləri ilə bir araya sığmayan korporativ həmrəyliklərini də nümayiş etdiriblər. Qədim abidənin yerləşdiyi Qobustan qoruğu ilə məsələyə aidiyyəti olmayan, Qobustan rayonunun yerini səhv salan KİV-lər qərəzə, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yol açan fikirləri yayımlamaqla peşə etikasına sayğısızlıq göstəriblər.
Komissiya saytların nəzərinə çatdırıb ki, belə halların təkrarı həm media, həm də hüquqi müstəvidə məsuliyyət doğuracaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

