Bilsin Ana Torpaq, eşitsin Vətən...
20.08.2014 [09:41]
Hər bir azərbaycanlı əlinə silah götürüb torpaqlarımızı yağı tapdağından xilas etmək əzmindədir
20 ildən artıqdır ki, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz zaman keçdikcə ərazilərimizin itirilməsi ilə barışacağımızı düşünürlər. Lakin düşmən bilməlidir ki, hər keçən gün bizim qəlbimizdəki torpaq nisgilini daha da alovlandırır, bu nisgil cəsur Azərbaycan əsgərini addım-addım qələbəyə kökləyir. Azərbaycan əsgəri isə qanı, canı bahasına bir an belə tərəddüd etmədən bu torpaqları azad etməyə hazırdır. Hər halda bir müddət öncə cəbhə bölgəsində baş verənlər, daha doğrusu, əsgərlərimizin düşmənin təxribatçı hücumlarının qarşısını qəhrəmancasına alması da deyilənləri təsdiqləyir. Məlumat üçün bildirək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalı haqqında” Əsasnaməyə müvafiq olaraq, son vaxtlar düşmənlərimizin Silahlı Qüvvələrimizin mövqelərinə basqını zamanı həlak olmuş hərbi qulluqçular ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif ediliblər. Onlardan biri də əsgər Qaryağdı Eldar oğlu Əhmədovdur. Qeyd edək ki, Qaryağdı Əhmədov 1992-ci ildə Ağdam rayonunun Saybalı kəndində anadan olub. 1 avqust 2014-cü ildə Ağdam rayonun Çıraqlı kəndində şəhid olub.
Mənimlə fəxr edəcəksiniz...
Bu, bir qaydadır. Dünyaya gəlişimizdən sevinən valideynlərimiz sevib-seçib bizə adlar verirlər. Səslənməsi kimi, mənası da gözəl olan adlar. Arzuları da bu olur ki, övladları bu adlara layiq insan, vətəndaş olsunlar. Amma həyatdır. Kimimiz bu adları əməlimiz-işimizlə doğruldur, kimimizsə... sadəcə, o adlarla çağrılırıq.
Vətənpərvərlik elə bir ülvi hissdir ki, bütün şəxsi maraqlarını Vətən yolunda qurban verməyə, Vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa, ilk növbədə, atadan, anadan keçməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə edə bilər ki, o Vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmənə isə nifrət hissləri ilə böyüsün...
Şəhidin atası Eldar İsa oğlu Əhmədov bildirib ki, Qaryağdı olduqca vətənpərvər olub: “Oğlumun lap uşaqlıqdan hərbiyə böyük həvəsi olub. Əsgərlik yaşı çatanda bütün cavanlar kimi o da hərbiyə yollandı. Tovuz rayonunda hərbi xidmətini bitirdi. Bir il sonra öz istəyi ilə, uşaqlıq arzusunu gerçəkləşdirdi. Belə ki, Qaryağdı Əhmədov Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollandı. 3 ay Ağdam rayonunun cəbhə bölgəsində Vətəninin keşiyini çəkən oğlum 22 yaşında şəhid oldu. Hərbiyə gedəndə oğlum demişdi ki, “mən şəhid olmağa gedirəm”. Hətta anasına demişdi ki, şəhid olduğum üçün mənimlə fəxr edəcəksiniz”.
Şəhid atası onu da vurğulayıb ki, Qaryağdı olduqca sadə, gülərüz, dostcanlı, səmimi, mehriban bir gənc idi: “Onun kimi oğullara Vətən həmişə ehtiyac duyub. Gənclərimizə səslənirəm: Qəhrəmanlığa aparan yolda heç bir maneə yoxdur, şəhid adını hər kəs qazana bilər. Bir şərtlə ki, sizlər bir gənc kimi Vətəni sevəsiniz, fədakar olasınız, düşmən üzərinə cəsarətlə yeriyib, hərbi tapşırıqları yerinə yetirmək üçün heç nədən çəkinməyəsiniz”.
Gülərüz və şən bir dəliqanlı...
Şəhidin əmisi Musa Əhmədov Qaryağdının təbiətən çox gülərüz, şən olduğunu deyir: “Hərbi xidmətdən sonra hərbçi kimi ordu sıralarında xidmət etməyə üstünlük vermişdi. Qaryağdının böyük qardaşı Ağdam Rayon Polis Şöbəsində çalışır, ortancıl qardaşı isə Fövqəladə Hallar Nazirliyində işləyir. Bu üç qardaşın üçü də Vətənə layiq övladlar idilər. Qaryağdı şəhid oldu. Bu gün hər bir ağdamlı, hər bir azərbaycanlı Vətən uğrunda şəhid olmağa hazırdır. Hər bir ağdamlı, hər bir azərbaycanlı əlinə silah alıb torpaqlarımızı yağı tapdağından xilas etmək əzmindədir. Mən buna inanıram. Allahdan arzu edirəm ki, tökülən qanlar yerdə qalmasın. Biz hər zaman Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazırıq. Allah üçrəngli bayrağımızı hər zaman ən uca zirvələrdə dalğalandırsın”.
İnanırıq ki, tezliklə şəhidlərimizin qisası alınacaq...
Ağdam rayonu 18 saylı köçkün tam orta məktəbinin direktoru Sürayyə Bayramova deyir ki, Qaryağdı haqqında danışmaq çox çətindir: “Onun hərəkətləri hələ də gözlərimin önündən getmir. Ağıllı və sakit oğlan idi. Davranışı ilə bütün uşaqlardan fərqlənərdi. Bilirdim ki, musiqiyə böyük marağı var. Hər bir Qarabağ övladını dindirsən, muğamı, musiqini sevir. Qaryağdı da elə idi. “Uşaqlar bizim gələcəyimizdir” - deyirlər. Qaryağdı da bizim məktəbin sayılıb-seçilən yetirməsi kimi yaddaşlarda qalacaq. Amma eyni zamanda, onu bir Şəhid kimi də artıq bütün Azərbaycan tanıyır.
Müəllimlər üçün şagirdlər əzizdir. Onların xoş sədası bizi sevindirdiyi kimi, kədərləri də bizi üzür. Şəhidlik nə qədər zirvə olsa da, o zirvə hər birimiz üçün bir insan itkisidir. O zirvə bizim üçün üzücüdür. İnanırıq ki, şəhidlərimizin qanı yerlə qalmayacaq. Xalqımızın qeyrətli oğulları çoxdur. Onlar müharibə əmrini gözləyirlər. Müharibə əmri olsa, bizim oğullarımız İrəvana qədər gedə bilərlər. Qaryağdı bizim üçün yaşayır. Onu vuran erməni alçaqları isə gündə neçə dəfə lənətlənir. Allah Qaryağdıya və eləcə də, respublikamızın bütün şəhidlərinə rəhmət eləsin”.
O, öz canını Vətənə qurban dedi...
Qaryağdının riyaziyyat müəllimi Rövşən Əhmədov da şəhid şagirdini xoş hisslərlə xatırlayır: “Bəli, şəhidlik zirvədir. Mənim şagirdim Qaryağdı o zirvəyə qalxdı. Onun vətənpərvər bir gənc olması mənim hər dəfə diqqətimi çəkirdi. Beşinci sinifdə oxuyarkən artıq öz yolunu seçmişdi. Hərbçi olacağına söz vermişdi. Vətənin işğalda olması onu rahat buraxmırdı. O, öz canını Vətənə qurban dedi. Nə qədər Azərbaycan var, Qaryağdının adı da digər şəhidlərimiz kimi yaşayacaq”.
Oktay
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

