Səbail rayonunun Badamdar qəsəbəsində iftar süfrəsi təşkil olunub
25.07.2014 [10:03]
Mübarək Ramazan ayında Səbail rayonunun müxtəlif yaşayış sahələrində iftar süfrələri təşkil olunur. Mübarək ayın əvvəlindən Bibiheybət qəsəbəsində, 20-ci yaşayış sahəsində, İçərişəhərdəki Cümə məscidində bir neçə iftar süfrələri keçirilib.
Növbəti belə bir tədbir rayonun Badamdar qəsəbəsində yerləşən “Bəyoğlu” şadlıq sarayında rayon ictimaiyyətinin, bələdiyyələrin, Badamdar, Bibiheybət qəsəbələri, Bayıl-20-ci sahədə yaşayan şəhid ailələri, müharibə veteranları, əlillər rayonda məskunlaşmış məcburi köçkünlərin nümayəndələrinin - ümumilikdə 600 nəfərin iştirakı ilə keçirilib.
İftar mərasimi İçərişəhər Cümə məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli tərəfindən “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Hacı Surxay müqəddəs kitabımız olan “Qurani-Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, iftar süfrəsinin açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirib. Qeyd olunub ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də, Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. O, gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkilinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi qiymətləndirib və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sakinləri təbrik edib.
Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev çıxış edərək ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, iftar süfrələrinin təşkili və bu kimi digər xeyirxah işlərin görülməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Digər çıxışçılar da respublikada və Səbail rayonunda gedən sürətli sosial-iqtisadi inkişafı, ölkə rəhbərliyi tərəfindən vətəndaşların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib. Qeyd edilib ki, Səbail rayonunda əvvəlki illərin ənənəsinə uyğun olaraq, bu il də Qarabağ müharibəsi veteranlarının nümayəndəsi də daxil olmaqla 4 nəfər rayon sakini rayon İcra Hakimiyyətinin dəstəyi ilə müqəddəs Həcc ziyarətinə göndəriləcək.
Tədbirdə bildirilib ki, iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində, o cümlədən, İçərişəhər Cümə və Bibiheybət məscidlərində də keçiriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

