Səbail rayonunda Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü qeyd edilib
07.06.2014 [10:53]
Dahi rus şairi Aleksandr Puşkinin anadan olmasının 215-ci ildönümü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti, Rusiyanın Azərbaycandakı səfirliyi və “Sodrucestvo” cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
AzərTAc xəbər verir ki, A.Puşkinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında qoyduğu əbədi izdən söhbət açılıb.
Tədbir iştirakçıları əvvəlcə A.Puşkinin Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə ucaldılmış heykəlinin önünə gül dəstələri qoyublar.
Tədbirdə Səbail rayon ictimaiyyətinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, “Sodrucestvo” cəmiyyətinin, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xalqların mədəni mərkəzlərinin, ali və orta məktəblərin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Cəmiyyətin sədri Tatyana Kərimova çıxış edərək belə bir tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və başqaları iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum günü və digər tədbirlərin keçirilməsinin önəmini bildiriblər. Qeyd edilib ki, şairin adını daşıyan bu parkda A.S.Puşkinin doğum gününün keçirilməsi artıq ənənəyə çevrilib.
Tədbirdə şairin rus dili, ədəbiyyatı və mədəniyyətinin formalaşması və inkişafında rolu, onun dünya ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulanıb. Bildirilib ki, A.S.Puşkin təkcə Rusiya xalqı deyil, dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları, zəkası və yaradıcılıq qüdrəti parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şair və yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim, Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd Vurğun və başqaları tərəfindən tərcümə edilib. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu olub.
Tədbirdə Səbail rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirləri Azərbaycan və rus dillərində səslənib, şagirdlər A.S.Puşkinin nağıllarından səhnəciklər göstəriblər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56

