/ / Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı 157 nömrəli məktəbin şagirdləri Müasir Rusiya Tarixi Muzeyində keçirilmiş tədbirdə iştirak ediblər
Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı 157 nömrəli məktəbin şagirdləri Müasir Rusiya Tarixi Muzeyində keçirilmiş tədbirdə iştirak ediblər
03.06.2014 [09:29]
Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı general Kərim Kərimov adına 157 nömrəli Azərbaycan etnomədəni komponentli məktəbin şagirdləri Moskvadakı Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin binasında keçirilmiş bayram tədbirində iştirak ediblər.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyi və Rusiya Mədəniyyət Fondunun “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyəti tərəfindən təşkil edilmiş bayram tədbirində Xilaskar İsa Məbədi Bazar günü məktəbinin yetirmələri və Y.Nikulin adına internat məktəbinin şagirdləri də iştirak ediblər.
Muzeyin giriş qapısında uşaqları “Domisolka” Uşaq Teatrının gənc artistləri və şən klounlar - Rumyantsev (Karandaş) adına sirk məktəbinin şagirdləri qarşılayıblar.
Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Tatyana Şumova və Müasir Rusiya Tarixi Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nikita Anikin tədbir iştirakçılarını bu gözəl bayram - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik ediblər. Onlar qeyd ediblər ki, bu gün həm də Müasir Rusiya Tarixi Dövlət Mərkəzi Muzeyinin və “Açıq tarix dərsi” Beynəlxalq Proqramlar Müdiriyyətinin innovasiyalı təhsil proqramına start verilib. Proqramın əsas məqsədi muzey ekspozisiyası bazasında uşaqları müasir tarixin mühüm hadisələri və əlamətdar günləri ilə tanış etməkdir. T.Şumova deyib: “Builki bayram bir qədər qeyri-adidir. Bu gün siz həm də yeni, çox maraqlı bir proqramın - “Açıq tarix dərsi” proqramının ilk iştirakçıları olacaqsınız. Siz öz rəsmlərinizi və inşa yazılarınızı layihənin təşkilatçılarına göndərə bilərsiniz. Qalibləri prizlər və maraqlı səfərlər gözləyir”.
T.Şumova Beynəlxalq Proqramlar Müdiriyyətinin uşaq layihələrinin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə və nümayəndəliyin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib.
Uşaqlar muzeyin zallarına tamaşa edəndən sonra muzeyin İngiltərə klubunun kamera zalına dəvət ediliblər. Burada Akademik Musiqi Kollecinin uşaq musiqi məktəbinin şagirdləri rus və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Bayram şənliyinin iştirakçılarına tədbirin təşkilatçıları adından hədiyyələr təqdim edilib. Sonda Azərbaycan şirniyyatı və çay süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

