Səbail rayon gənclərinin toplantısı keçirilib
24.05.2014 [11:21]
Səbail rayon İcra Hakimiyyətində rayon iqtisadiyyatının bütün zümrələrində - elm, mədəniyyət, təhsil, səhiyyə, biznes və s. sahələrdə, hüquq mühafizə orqanlarında çalışan, ali məktəblərdə təhsil alan gənclərin, həmçinin rayon rəhbərliyi, ağsaqqallar, veteranlar, müxtəlif ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Səbail rayon gənclərinin toplantısı keçirilib.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan Gənclərinin VII Ümumrespublika Forumu ilə əlaqədar keçirilən tədbir dövlət himnimizin oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Vüqar Mürsəlov bildirib ki, Səbail rayon əhalisinin təqribən 26 faizini gənclər təşkil edir. Qeyd edilib ki, keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmini, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə rəhbərliyi tərəfindən gənc nəslə diqqət və qayğının hər zaman ön sırada olduğunu söyləyib. O deyib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması yetişən nəslin sağlam təfəkküründən, düşüncə qabiliyyətindən asılıdır. Ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaradıb və gənclərimizi bir araya toplayıb. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizdə Gənclər Forumu keçirilib. Ulu öndərin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycanda Gənclər Günü elan edilib.
Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiqi, Gənclər Fondunun yaradılması, gənclərin sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.
Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın son illərdə gördüyü işlər və həyata keçirdiyi layihələr gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılanır.
A.Əsgərov Azərbaycan, eləcə də Səbail rayon gənclərinin son illərdə əldə etdikləri uğurlardan da danışıb.
Forumda çıxış edən Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Toğrul Niyazlı, 6 nömrəli tam orta məktəbin müəllimi Arzu Kazımova, Səbail İdman Klubunun məşqçisi Xəyyam Orucov, “Museum İnn” otelinin baş meneceri Akif Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Murad Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları əldə edilən uğurlar, görülən işlər, problemlər və onların həlli istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat veriblər.
Tədbirdə Azərbaycan Gənclərinin VII Ümumrespublika Forumuna Səbail rayonundan 27 nümayəndə seçilib, toplantı iştirakçıları adından rayon gənclərinə müraciət qəbul olunub.
Sonda rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

