Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır

BDYPİ yol hərəkəti iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırır

05.02.2026 [12:30]

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün yol hərəkəti iştirakçılarını qaydalara ciddi şəkildə əməl etməyə və yollarda diqqətli olmağa çağırır.

BDYPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşahidələr göstərir ki, kəskin və düşünülməmiş manevrlər, xüsusilə qəfil zolaq dəyişmələri, nəqliyyat vasitələri arasında zəruri interval və məsafə saxlanılmaması yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Belə davranışlar digər sürücülər üçün gözlənilməz və təhlükəli vəziyyət yaradır. Bu da sonda ağır nəticələrə səbəb olur.

“Hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsinin mütləq olduğu məlumdur. Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır”, - deyə məlumatda vurğulanıb.

BDYPİ sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edir: “Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır”.

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31