Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb

26.04.2025 [16:29]

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC-nin qanunsuz tikinti işlərini aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə nazirliyə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
Baxılıb: 451 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30