Xəyanətin qurbanı olan Kəlbəcər...
02.04.2025 [10:13]
Xalqımız, məmləkətimiz zaman-zaman ağır itkilərə məruz qalıb, acılar yaşayıb. Tarixin bu günündə - 2 aprel 1993-cü ildə daha bir torpaq itkisinə məruz qaldıq. Söhbət qeyd olunan tarixdə Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsindən gedir. Bu işğala 27 ildən sonra - 2020-ci il noyabrın 25-də son qoyuldu. Hazırda işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də Azərbaycan bayrağı əzəmətlə dalğalanır...
60 min kəlbəcərli doğma ev-eşiyindən qovuldu
Xatırladaq ki, ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu ilin 8 avqustunda inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.
Kəlbəcərin işğalına qədər rayonda 19 ibtidai, 44 orta, 33 natamam orta məktəb, 1 qiyabi orta təhsil məktəbi, 1 peşə məktəbi, 1 texnikum (Tibb Texnikumu), 16 uşaq bağçası, günü uzadılmış 38 qrup, 41 mədəniyyət evi, 44 klub, 1 şəhər mərkəzi xəstəxanası, 1 uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd həkim ambulatoriyası, 75 feldşer-mama məntəqəsi və sair fəaliyyət göstərirdi.
Mərkəzi hakimiyyətdən kömək almayan kəlbəcərlilər 1993-cü il mart ayının 23-dən aprel ayının 2-dək özlərindən qat-qat yaxşı təchiz olunmuş ermənilərə qarşı mərdliklə vuruşublar. 1993-cü ilin qiymətlərinə görə işğal nəticəsində Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin işğalından əvvəl isə Ağdaban faciəsi baş verib. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri sayılır. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldı.
AXC liderinin gecikmiş etirafları
44 günlük müharibədə qazanılan şanlı Qələbəmiz sayəsində azadlığına qovuşmuş Kəlbəcər 1993-cü il aprelin 2-də məhz xəyanət nəticəsində düşmənə təslim edilmişdi. Bunu AXC-nin lideri Əbülfəz Elçibəyin gecikmiş etiraflarından da görmək mümkündür. Kəlbəcər işğal edilən zaman ölkə prezidenti olmuş Əbülfəz Elçibəyin bu hadisə ilə bağlı Türkiyənin TRT kanalına verdiyi müsahibədə dediyi sözlər tarixin yaddaşından silinməyib. O, Kəlbəcər hadisələrində çox çətin bir vəziyyət yarandığını qeyd edərək Türkiyəyə, İrana, Rusiyaya Kəlbəcərdə yaşayan insanları çıxarmaq, Kəlbəcəri boşaltmaq məqsədilə hərəsinin 4 helikopter verməsi üçün müraciət etdiyini vurğulamışdı. O, daha sonra müxbirin sualına cavabında bildirmişdi: “Məndən soruşurlar. Turqut Özal da, Dəmirəl də soruşur: “Nə istəyirsən?” 4 dənə helikopter istədim, alınmadı... Bundan sonra nə soruşum? İnsanları xilas etmək üçün 4 helikopter vermədilər. Qonşulardı, verməli idilər. Vermədilər... Daha nə istəmək olar ki? Məndən soruşur “nə istəyirsən?” Nə istəyəcəyəm? Mənim istədiyim helikopter idi, onu vermədisə, bundan sonra nə istəyəcəyəm? İstəməyə bir lüzum qalırmı?”
Maraqlıdır, görəsən o dövrün hakimiyyəti Türkiyənin “nə istəyirsən?” sualına niyə “hərbi dəstək” və ya “hərbi texnika” şəklində cavab verməmişdi? Sadəcə, əhalini çıxarmaq üçün helikopter istəmək nə dərəcədə doğru idi? Bu, bir daha əvvəlcədən rayonun müqavimətsiz-filansız təslim edilməsi planı hazırlandığını təsdiqləmirmi? Bu, bir daha Kəlbəcərin məhz siyasi səriştəsizliyin qurbanına çevrildiyini deməyə əsas vermirmi?
Kəlbəcərin bir güllə atılmadan azad edilməsi
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcərdən qeyd-şərtsiz çıxardılması tələb olunurdu. Ancaq BMT TŞ-nin bu və digər üç qətnaməsi təxminən üç onillik ərzində yerinə yetirilmədi. Azərbaycan ərazi bütövlüyünə özünün Müzəffər Ordusunun şanlı Qələbəsi sayəsində nail oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz XXI əsrin müharibəsini apardı və düşməni acınacaqlı məğlubiyyətə uğratdı. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Acınacaqlı məğlubiyyət acısı yaşayan Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən məğlub Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından döyüşsüz çıxmaq öhdəliyi götürdü. Razılaşmaya əsasən, Kəlbəcər noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil verildi. Həmin tarixdə Azərbaycanın Silahlı Qüvvələri rayon ərazisinə daxil olaraq burada nəzarəti ələ aldı.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25

