Tələbələr qrant müsabiqəsində iştirak etməyə dəvət olunublar
28.10.2024 [22:49]
Gəncə Dövlət Universitetində (GDU) Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev təhsil ocağının tələbələri üçün “Rəqəmsal” mövzuda qrant müsabiqə barədə maarifləndirici görüş keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Gənclər Fondunun ilk dəfə həm fiziki şəxslər, həm də gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verdiyini bildirib. Qeyd edib ki, bu müsabiqə rəqəmsal texnologiyalar sahəsində innovativ həllərin dəstəklənməsinə və gənclərin yaradıcı potensialının üzə çıxarılmasına yönəlib.
Universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov çıxışında Gənclər Fondunun yaratdığı bu fürsətdən hər bir tələbənin yararlanmağını tövsiyə edib. Çünki həyata keçirilən hər bir layihə gənclərin gələcək həyatında uğurun başlanğıcı ola bilər.
Gənclər Fondunun nümayəndəsi Ayxan Allahverdiyev isə “Rəqəmsal” mövzuda qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı olan 18-29 yaş arası gənclər və gənclər təşkilatları oktyabrın 18-dən noyabrın 10-dək layihə təkliflərini təqdim edə bilərlər. Layihə müraciətləri elektron qaydada təqdim edilməlidir. Qalib gələn layihələrin icra müddəti 3 aydır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq. Layihə təklifləri noyabrın 10-dək qəbul edilir. Layihələr seçilərkən yenilik və unikal yanaşma, təklif olunan müddət və büdcə çərçivəsində həyata keçirilmə imkanları, texnoloji uyğunluq və reallaşdırılma potensialı kimi meyarlara üstünlük veriləcək.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

