Mövsümi xəstəliklər...
16.10.2024 [07:43]
Payız aylarında nələrə diqqət etməli?
Havaların soyuması, yağan yağışlar payızın nəfəsini hiss etdirir. Bu fəsli sevənlər çox olsa da, payızın gəlişi ilə bir sıra xəstəliklərin aktivləşməsinə şahid oluruq. Xüsusən də mədə-bağırsaq və müxtəlif infeksion xəstəliklər, soyuqdəymə, revmatizm və başqa xəstəliklər baş qaldırır. Belə havalarda isə hər bir detala, geyimə, qidaya xüsusi diqqət etmək lazım gəlir.
Son günlər azyaşlı uşaqlar və böyüklər arasında yüksək hərarət, öskürək, qusma, ishal kimi hallar günlərlə davam edir. Bəziləri iddia edir ki, bu, koronavirusun yeni ştammıdır. Yeni bir virusun yayıldığını ehtimal edənlər də var.
Xəstəlik bəzən boğulma, xırıltılı səslə müşahidə olunur. Hərarətsalıcılar və digər preparatlar yüksək temperaturun enməsinə, ümumiyyətlə, insanın sağalmasına kömək etmir. Son həftələrdə poliklinika və xəstəxanalara məhz bu əlamətlərlə müraciət edənlərin də sayı artıb.
Orqanizmin keçirdiyi bioloji stress...
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist-həkim Mərdan Əliyev payız aylarının xüsusilə də mədə-bağırsaq xəstəliklərinin fəallaşması, həmçinin mədə xorasının kənkinləşməsi ilə müşahidə olunduğunu bildirib: “Xüsusilə sentyabr-oktyabr aylarında havada olan təlatümlər, dəyişmələr insanların adaptasiyasını ortaya çıxaran situasiyalar baş verir. Payız vaxtı mədə-bağırsaq xəstəliklərinin fəallaşması, mədə xorasının kənkinləşməsi müşahidə olunur. Bu, əslində orqanizmin keçirdiyi bioloji stressdir. Yeni dövrə adaptasiya olunur və həmin adaptasiya prosesləri özünü bəzi xəstəliklərinin kəskinləşməsi ilə ortaya qoyur.
Payız vaxtı havada olan kəskin dəyişmələr zamanı insanların geyimlərini düzgün seçməməsi də soyuqdəyməyə səbəb olur. Ən əsası qan təzyiqi olan, bronxial astması olan, şəkərli diabeti olan, bəzi yanaşı ağır xəstəlikləri olanlar belə fəsil dəyişmələrində mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər. Çünki aparılan müşahidələr göstərir ki, müəyyən xəstəliklərin ağırlaşmalarına məhz fəsil dəyişmələrində daha çox təsadüf olunur. Nəzərə alaq ki, payız qışa doğru gedir və soyuq havalar başlayır. Buna görə də soyuqdəymələr baş verir. İnsanlar bunu nəzərə almalıdır və öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. İdmanla məşğul olmalı, qidalanma tərzini düzgün seçməli, təmiz havada çox gəzməlidirlər. Geyim forması da düzgün seçilməlidir. Bütün bunlar şərtdir”.
Bədəni qışa hazırlamaq lazımdır
Payız mövsümündə qidalanmaya gəlincə, infeksionist hər mövsümün özünə uyğun qidası olduğunu qeyd edib: “İnsanlar bəzən süni qidalara və yaxud saxlanılan və mövsümə aid olmayan qidalara üstünlük verirlər. Texniki imkanlar artdıqca ərzaqları il boyunca saxlamaq da olur. Amma düşünürəm ki, mövsümi qidalardan istifadə etmək lazımdır. Payız mövsümünün də öz meyvələri, vitaminli qidaları var ki, onlardan istifadə etmək lazımdır. Qışda tədricən vitamin çatışmazlığı olur. Ona görə də indi bol-bol vitaminli qidalar qəbul etmək lazımdır ki, bədən qışa hazır olsun”.
Planlı qidalanma vacibdir!
Həkimin sözlərinə görə, payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır: “Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və yaşlılar üçün düzgün qidalanma daha çox önəmlidir. Bədənin vitamin və mineral ehtiyacını ödəmək lazımdır. Düzgün qidalanma, gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq”.
Zamanında tədbir görülməsə...
İnfeksionist qeyd edib ki, payız aylarında insan sağlamlığının birinci düşməni nəfəs yollarının infeksiyasıdır. Bu infeksiyalar xüsusilə, uşaqlara, yaşlılara və hamilə qadınlara daha pis təsir edir: “Belə halda qrip, faringit, sinuzit, orta qulaq iltihabı, bronxit, haymorit kimi xəstəliklərin yayılma riski də artır. Payızda şikayətlərin bir qismi də kəskin respirator virus xəstəlikləri ilə bağlı olur. Bu, iki yüzə qədər fərqli törədicilər tərəfindən baş verə bilər. Xəstəlik halsızlıq, burunaxma, boğazda ağrı, əzginlik, iştahsızlıq və hərarət şəklində özünü büruzə verir. Əgər zamanında düzgün və lazımi tədbirlər görülməsə, sətəlcəm, otit və sinusit kimi ağırlaşmalara gətirib çıxara bilər”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

