Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bu ilin iyulu son 50 il ərzində ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb

Bu ilin iyulu son 50 il ərzində ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb

06.08.2024 [13:57]

İyulda intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi baş verib ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olub. Bu ilin iyulu son 50 il ərzində ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, iyulda ölkənin çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31