Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İlham Məmmədzadə: Alimlər etiraf edirlər ki, Azərbaycan bu destabil dünyanın azsaylı sabit ölkələrindən biridir

İlham Məmmədzadə: Alimlər etiraf edirlər ki, Azərbaycan bu destabil dünyanın azsaylı sabit ölkələrindən biridir

06.10.2012 [16:49]

“Çox sevindirici haldır ki, Azərbaycan cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya alimlərinin dialoq məkanına çevrilib”. Bu fikiri qəzetimizə müsahibəsində AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə deyib. Onun sözlərinə görə, dünyanın 70-dən çox ölkəsindən və 7 mötəbər beynəlxalq təşkilatdan 600-dən çox nümayəndənin Azərbaycana gəlməsi və planetin humanitar problemlərini müzakirə etməsi böyük hadisədir: “Ümumiyyətlə, belə bir qlobal əhəmiyyətli forumun Azərbaycanda keçirilməsinin də səbəbləri var. Birincisi, Azərbaycan dünyanın sürətlə inkişaf edən və keyfiyyətcə dəyişən ölkəsidir. İkincisi, ölkəmiz dünya dövlətlərinə nümunə kimi göstərilən tolerant xüsusiyyətə malikdir. Üçüncüsü, Azərbaycan yeganə dövlətlərdəndir ki, multikulturalizm problemlərinin humanitar dialoq platformasında həllinə şərait yaradır”.
İlham Məmmədzadə, həmçinin, vurğulayıb ki, bu forum Azərbaycanı dünyaya dialoqa açıq, yeniləşən, modernləşən və ümumbəşəri ideallara sadiq ölkə olduğunu bir daha nümayiş etdirdi: “Hətta, onu da deyim ki, dünya alimləri Azərbaycanı destabil planetin azsaylı sabit ölkələrindən biri olduğunu etiraf edirlər”.
Paylaş:
Baxılıb: 2559 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30