35 milyardlıq “vaksin əməliyyatı”...
03.04.2024 [09:45]
Ursula fon der Leyenin Ermənistanla “görüş arzusu”nun qiyməti neçə milyarddır?
Avropanın bir sıra “demokratik təsisat”larının fəaliyyət mexanizmi və sferası gizli deyil. Özlərini bütövlükdə, qlobal proseslərin “yönvericisi” kimi görən, “nizamlayıcı” statusu daşıdığını düşünən bu “təsisatlar”ın təmsilçiləri və rəhbərləri şəffaflıq, ədalət və düzgünlük “ideyası” haqda danışsalar da, real həyatda tamam əks əməli fəaliyyətləri ilə yadda qalırlar. Məsələn, bir müddət öncə haqqında korrupsiya və rüşvət qalmaqalı baş verən Avropa Parlamentinin rəsmisi Eva Kaili ilə bağlı proses, eləcə də, AP-nin digər üzvlərinin erməni milyarder Kaspar Karapetyan ilə qaranlıq əlaqələrinin üzə çıxması bu qurum daxilində “korrrupsiya böhranı”nın gündən-günə şiddətləndiyini göstərirdi. Bu dəfə isə başqa bir Avropa “brendi”nin rəhbəri - Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı cinayət işininin başlandığı bildirilir.
1,8 milyard dozaya 35 milyard avro?
Belə ki, Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyenə qarşı Amerikanın Pfizer şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirib. “Politico” Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinadla bildirib ki, bu günə qədər adıçəkilən işlə bağlı heç bir ittiham irəli sürülməmişdi. 2023-cü ilin aprelində Belçika konsaltinq şirkətlərindən birinin əməkdaşı Frederik Baldan Lyej şəhərinin birinci instansiya məhkəməsində fon der Leyenə qarşı iddia qaldırmışdı - iddiaçı qeyd edirdi ki, Avropa Komissiyasının rəhbərinin hərəkətləri Belçikanın maliyyə maraqlarına zərbə vurub və “ictimai etimadını” sarsıdıb.
Hələ 2021-ci ilin payızında Amerika nəşri “The New York Times” Avropa Komissiyasının rəhbəri ilə Amerikanın Pfizer şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması ilə bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Nəşr qeyd etmişdi ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi.
2023-cü ilin yanvarında isə qəzet fon der Leyeni Pfizer rəhbəri ilə yazışmalarını dərc etməkdən imtina etdiyinə görə məhkəməyə verdi. Daha sonra AK rəhbərinin müavini Vera Jourova məsələni fərqli şəkildə “izah etdi”: mesajlar “qısamüddətli, efemer xarakterinə” görə silinə bilərmiş.
Qeyd edək ki, həmin dövrdə Baldanın iddiasına qoşulanlar da az olmadı. Macarıstan və Polşa hökumətləri fon der Leyendən “hesab soran”ların siyahısına əlavə edildilər. “Politico”-nun qeyd etdiyi kimi, avropapərəst Donald Tuskun Polşada hakimiyyətə gəlişi ilə rəsmi Varşava şikayətini geri götürmək üçün yeni proses başlatdı.
Ermənistanla bağlanacaq “pakt”dan nə qədər qazanacaq?
Əslində bu fakt Avropa strukturlarının növbəti ifşası kimi xarakterizə olunur. Görünən isə budur ki, özünü “xoşməramlı ideologiya” daşıyıcısı kimi qələmə verən təsisatlar və onun rəhbərləri yaranan bütün situasiyalardan maddi maraqları üçün istifadə edirlər - insan həyatı üçün təhlükə yaradan qlobal pandemiyadan belə maddi gəlir güdüblər. Halbuki, həmin dövrdə Azərbaycan Qoşulmama Hərəkatının lideri qismində pandemiyaya qarşı mübarizədə qlobal birliyin təmini uğrunda ciddi iş aparırdı. Azərbaycan “vaksin ədalətsizliyinə” son qoyulması üçün çağırışlar edir, əməli fəaliyyət ortaya qoyurdu. Belə çətin dövrdə AK rəhbərinin vaksin üzərindən pul qazanmaq fürsəti yaxalaması bu təsisatların əsl mahiyyətini üzə çıxarır.
Fon der Leyenlə bağlı ortaya çıxmış bu məsələ aylardır ki, mətbuat səhifələrində işıqlandırılan bir sıra məsələlərin həqiqət olduğunu ortaya qoyur. Qərbin Ermənistan üzərindən “pul silməsi”, İrəvandan “qara kassa” kimi istifadə etməsi ilə bağlı informasiyalar beləliklə öz təsdiqini tapır. Aprelin 5-də baş tutacağı ehtimal edilən məlum üçtərəfli göürüşün həm də bu məqsədələrə köklənməsi də artıq üzə çıxır - Qərb özünün maliyyə maxinasiyası üçün yeni “oyuncaq” tapıb. Ermənistan ilə imzalanması gözlənilən “pakt” isə köhnə silahların “utilizasiyası” üçün yüksək miqdarda maddi gəlirin əldə olunmasına şərait yaradır. Avropa Komissiyasının “canfəşanlığı” da məhz bu səbəblə izah edilir - fon der Leyenin bu işdəki “təcrübəsi” ABŞ üçün də cəlbedicidir. Məhz ona görə son dövrlərdə bir sıra məsələlərdə fərqli mövqe nümayiş etdirən ABŞ və Aİ Ermənistana “dəstək olmaq” üçün birgə “görüş” keçirməyi nəzərdə tutur.
Erməni lobbisinin dəstəyi ilə yenidən seçilmək istəyir...
Fon der Leyen Ermənistana münasibətdə bir güllə ilə “iki quş” vurmaq eşqindədir. Birincisi, qeyd olunduğu kimi Ermənistanla bağlanması ehtimal olunan “pakt” üzərindən milyardlarla gəlir əldə etmək fon der Leyen üçün ilkin “vəzifədir”. Bu məsələnin məhz Ermənistan üzərindən aparılmasına “dəstək olmaq” isə Avrokomissiya sədrinin öz postu uğrunda savaşda “yardımçı” olacaq. Bəlli olduğtu kimi, martın 7-də Avropa Xalq Partiyası (Avropa Parlamentindəki ən böyük fraksiya) Ursula fon der Leyeni Avropa Komissiyası rəhbərliyinə seçkilərdə namizəd kimi irəli sürüb və onun yenidən Avropa Komissiyasının rəhbəri seçilməsini dəstəkləyib. 2019-cu ildən bu vəzifəni tutan fon der Leyen 2024-cü ilin iyunun 6-9-da keçiriləcək seçkilərdə erməni lobbisinin “gücünə arxalanmağa” çalışır. Uzun illərdir ki, Avropa strukturlarını “maliyyələşdirən”, onları maddi şəkildə stimullaşdıran Kaspar Karapetyanın əli ilə erməni lobbisinin oyuncağı olan deputatların səsini almaq istəyən fon der Leyen bunun üçün Ermənistanla münasibətləri “yeni pakta” daşımaqda maraqlıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16

