KTMT-dən heç bir gözlənti yoxdur?
11.01.2024 [11:00]
Ermənistan yenə də təşkilatdan şikayətlənir
Ermənistan regionda Rusiyanın maraqlarına zidd olan addımlar atmaqda davam edir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı münasibəti Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Çünki bu təşkilat məhz Rusiyanın himayəsi ilə yaradılıb. Məlumdur ki, bir müddətdir Ermənistan KTMT-nin tədbirlərinə qatılmır. Xatırladaq ki, ötən ilin yayında Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina edib. Rəsmi İrəvan ötən il KTMT-nin ölkədə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri də təxirə salmışdı. Hansı ki, Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Amma baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb. N. Paşinyan hətta nümayişkəranə şəkildə noyabrın 23-də Minsk şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də qatılmadı. Rəsmi İrəvanın iddiası ondan ibarətdir ki, KTMT Ermənistanın təhlükəsizliyinin təminatında rol oynamır. Ona görə də, təhlükəsizliklə bağlı yeni tərəfdaş axtarışındadırlar.
Xatırladaq ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin “ictimai televiziya”sına müsahibəsində KTMT məsələsinə toxunaraq deyib: “Biz deyirik ki, KTMT-nin məsuliyyət zonasını düzəldin. Ermənistan KTMT-nin üzvüdür, həm də Ermənistan Respublikası KTMT-nin məsuliyyət zonasıdır, dəqiqləşdirin, o məsuliyyət zonası nədir? Çünki bizdə elə vəziyyət yaranıb ki, həmin məsuliyyət zonası pozulub, biz bu anlayışı irəli sürmüşük. Bizim müqavilələrimizin əsası ondan ibarət idi ki, Ermənistanın suveren ərazisi KTMT və Rusiya üçün “qırmızı xətdir”. “Qırmızı xətt” pozulub deyirik, deyirlər xeyr, pozulmayıb. Deyirik ki, yaxşı: bu kağız, bu da qələm, dediyiniz “qırmızı xətti” çəkin, göstərin haradan keçdiyini? Deyirlər ki, biz bunu çəkə bilmərik. Bu o deməkdir ki, Ermənistanda “qırmızı xəttiniz” yoxdur”.
Bugünlərdə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya müsahibəsində KTMT-dən heç bir gözləntilərinin olmadığını deyib. O bildirib ki, KTMT-dən Ermənistana heç bir hərbi-texniki yardım təklif olunmayıb: “KTMT heç vaxt Ermənistanın sərhədlərini tanımayıb, KTMT onun yurisdiksiyasını tanımır və bu, Ermənistan üçün çox ciddi problemdir”. Bununla da, rəsmi İrəvan KTMT-dan çıxmaq niyyətində olduğunu büruzə verir. Bu məqsədinə çatmaq üçün isə məhz Rusiyanı və KTMT-nı ittiham edir. Paşinyan hakimiyyətinin bu ittihamlarında siyasi şantaj əlamətləri də kifayət qədər qabarıq şəkildə nəzərə çarpır. Paşinyan hakimiyyəti Rusiyaya mesaj verir ki, Kreml ya rəsmi İrəvanın istəklərini yerinə yetirməlidir, maraqlarını təmin etməlidir. Əks halda, Ermənistanın KTMT-ni tərk etməsi və Rusiyadan uzaqlaşması ilə barışmalıdır.
Eyni zamanda, Paşinyan hakimiyyəti yaxşı anlayır ki, Rusiyadan uzaqlaşıb Qərbə üz tutmaq Ermənistan üçün baha başa gələ bilər. Ona görə də, İrəvan mümkün qədər ehtiyatlı davranmağa çalışır. Qərb isə Ermənistanın mümkün qədər tez Rusiyadan uzaqlaşmasını tələb edir. Avropa İttifaqı, o cümlədən Fransa Cənubi Qafqaza Ermənistan üzərindən yerləşmək planları qurur. Amma Paşinyan hər iki tərəf arasında “manevr” etməyə çalışır. Onun ötən ay Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakı bir tərəfdən Rusiyanın təzyiqləri qarşısında geri çəkilməsinə işarədirsə, digər tərəfdən Qərb tərəfdaşlarına mesaj idi. Paşinyan bununla Qərbə göstərmək istəyir ki, vədlərinə əməl etməsələr, Moskvanın “qanadı altına” qayıtmalı olacaq.
Məlumdur ki, Rusiya Qərbin Ermənistana gəlməsinə göz yummayacaq. Bunun üçün rəsmi Moskvanın İrəvana kifayət qədər təzyiq rıçaqları var. Xatırladaq ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Qarşılıqlı razılaşmaya əsasən 102-ci hərbi baza 2044-cü ilədək Ermənistanda qalmalıdır. Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir.
Ermənistan iqtisadi cəhətdən də Rusiyadan asılıdır. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Moskvanın Ermənistana qarşı təzyiq imkanları bununla kifayətlənmir. Ermənistanın Rusayaya yeganə çıxış imkanı olan Yuxarı Lars yolunun vaxtaşırı olaraq bağlanması da erməni cəmiyyətini müəyyən çətinliklərlə üz-üzə qoyur. Amma bu da son deyil. Əgər N.Paşinyan MDB liderinin qeyri-rəsmi və Avrasiya İqtisadi İttifaqının sammitində iştirakdan imtina etsəydi, o zaman Rusiya Ermənistana satdığı təbii qazın qiymətini də artıra bilərdi. Bu barədə, Ermənistana müəyyən mesajlar verilmişdi. Təbii qazın qiymətinin artırılması isə bu ölkədə sosial partlayışa səbəb olacaqdı. Bütün bunlarla Moskva göstərir ki, Rusiyadan imtina etmək niyyəti Ermənistana baha başa gələcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25

