Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb
20.11.2023 [19:03]
Vyetnam Sosialist Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq arasında görüş keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub. Sazişi YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və VKP Mərkəzi Komitəsinin katibi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Le Hoay Çunq imzalayıblar.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətini ölkəsində görməkdən məmnunluğunu ifadə edən Le Hoay Çunq Vyetnamın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. İki ölkənin milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsiplərinə daim əməl etdiklərinə diqqəti yönəldən VKP Mərkəzi Komitəsinin katibi qeyd edib ki, istər Azərbaycan, istərsə də Vyetnam müstəqil siyasət yürüdən dövlətlər kimi beynəlxalq münasibətlər sistemində ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasi nizamın tərəfdarlarıdır. “Biz dövlətlər arasında münasibətlərin sağlam məcrada, konstruktiv müstəvidə, beynəlxalq hüquq normaları əsasında inkişafını dəstəkləyirik” ,- deyə Le Hoay Çunq əlavə edib.
Daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafı baxımından böyük önəm daşıdığını bildirən Le Hoay Çunq Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında sıx əlaqələrin olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb. VKP rəsmisi partiyasının YAP ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyərək Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfərinin dostluq münasibətlərinin gücləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib: “Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması əlamətdar hadisədir. Bu genişmiqyaslı əməkdaşlıq çərçivəsində görəcəyimiz işlər həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı olacaq, müəyyənləşdirdiyimiz hədəflərin gerçəkləşməsini təmin edəcək”.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ötən il Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladaraq ölkələrimizin bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalar çərçivəsində münasibətləri inkişaf etdirərək əhəmiyyətli nailiyyətlər qazandıqlarını bildirib. Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərini xatırladan Tahir Budaqov Azərbaycan-Vyetnam dostluq münasibətlərinin tarixi köklərə söykəndiyini diqqətə çatdırıb. “Dövlətlərimiz arasında münasibətlərin inkişafını təmin edən mühüm amillərdən biri, şübhəsiz ki, qarşılıqlı səfərlərin həyata keçirilməsidir” ,- deyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri və Vyetnam Prezidenti Truong Tan Sangın 2015-ci ildə Azərbaycana rəsmi səfəri dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaratmışdır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Qələbə qazanan və 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən antiterror tədbirləri ilə ölkə ərazisində separatizmin birdəfəlik ləğvinə nail olaraq BMT Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin edən Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini tam bərpa etdiyini vurğulayan YAP Sədrinin müavini Vyetnamın ölkəmizin ədalətli mövqeyini dəstəkləməsini minnətdarlıqla vurğulayıb. Tahir Budaqov Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda aktual çağırışların meydana çıxdığını söyləyib. “Yeni Azərbaycan Partiyası bu tarixi mərhələdə yeni dövrün çağırışlarından, eləcə də dövlətin və partiyanın qarşısında duran prioritetlərdən irəli gələrək beynəlxalq əlaqələrin inkişafına da böyük önəm verir və sistemli siyasət həyata keçirməklə bu istiqamətdə məqsədyönlü addımlar atır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir” ,-deyə YAP Sədrinin müavini vurğulayıb.
Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında münasibətlərin inkişafının diqqət mərkəzində olduğunu bildirən Tahir Budaqov deyib: “Biz dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın genişlədirilməsi yönündə müvafiq addımlar atırıq. YAP ilə VKP ikitərəfli əlaqələrlə yanaşı, ICAPP çərçivəsində də səmərəli işbirliyi həyata keçirir".
Ötən il Vyetnam Kommunist Partiyasının nümayəndə heyətinin ölkəmizə səfər etdiyini və YAP ilə VKP arasında səmərəli fikir mübadiləsinin aparıldığını söyləyən Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlərin həyata keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi də bu baxımdan olduqca əhəmiyyətli və faydalıdır: “Bu gün partiyamızın nümayəndə heyətinin səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişinin imzalanması partiyalararası münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə xidmət edən siyasi və hüquqi əsasları daha da möhkəmləndirəcəkdir. Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində əlaqələrin uğurla inkişaf edəcəyinə şübhə yoxdur”.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

