ABŞ - Çin görüşü nə vəd edir?
17.11.2023 [10:55]
Qlobal iqtisadi münasibətlərin yeni xətti formalaşdırılır
ABŞ ilə Çin arasında münasibətlər yenidən “istilənir”. Belə ki, bir müddətdir gözlənilən ABŞ- Çin təması reallaşdı. Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ Prezidenti Cozef Baydenin noyabrın 15-də San-Fransiskoda görüşüblər. Görüş zamanı mətbuat qarşısında əl sıxışan iki ölkə lideri danışıqları bağlı qapılar arxasında reallaşdırıblar. Qeyd edək ki, Amerika kəşfiyyat orqanları iki ölkə liderlərinin görüş yeri ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Filoli malikanəsindən 10 km aralıda yol bağlanıb. Görüşün keçirildiyi malikanə Kristal Sprinqs Su Anbarının yaxınlığında və Santa-Krus dağlarının şərq yamacında yerləşir. Filoli həm Kaliforniyanın tarixi məkanıdır, həm də ABŞ-ın Tarixi Yerlərin Milli Reyestrində qeyd olunub.
Xatırladaq ki, bu görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində reallaşıb.
Qarşılıqlı “eyhamlar”...
Görüşlə bağlı yayılan xəbərlər isə daha çox maraq kəsb edir - Ağ Evin mətbuat xidməti yaydığı məlumatda Çin liderinin “Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq”, fikrinə istinad edib. Çin lideri bildirib ki, iki böyük dövlət prinsip etibarı ilə qarşılıqlı əlaqəni dayandıra bilməz: “Və bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkündür. Pekin və Vaşinqton bir-birinə hörmət göstərsələr, sülhə və qarşılıqlı faydalı əməkdaşlığa can atsalar, fikir ayrılıqlarını aradan qaldıra bilərlər”.
O, həmçinin mədəniyyət fərqlərinə, iki dövlətin spesifik sosial-iqtisadi inkişafına baxmayaraq, Çin-Amerika münasibətlərinin uğurlu gələcəyinə əminliyini ifadə edib.
Amerika lideri isə Si Cinpinlə görüşü vacib və mühüm hesab edib: “Üz-üzə ünsiyyəti heç nə əvəz edə bilməz. Mən həmişə əlaqələrimizi birbaşa və səmimi hesab etmişəm. Biz həmişə nədəsə razılaşmasaq da, görüşlərimiz səmimi, açıq və faydalı olub”.
Amerika liderinin sözlərinə görə, o, Çin Xalq Respublikası sədrinin sözlərinin səmimiliyinə heç vaxt şübhə etməyib: “Mən ünsiyyətimizi yüksək qiymətləndirirəm. Çünki iki lider olaraq bir-birimizi aydın başa düşməyimiz və anlaşılmazlıqlardan qaçmağımız son dərəcə vacibdir”.
Korrektə təbii qarşılanmalıdır...
Bu görüş bəzi siyasi mütəxəssislər tərəfindən qarşıdakı dövrün siyasi-iqtisadi “atlasının” rənglənməsi üçün “razılaşma” kimi xarakterizə olunur. Belə ki, yeni dönəmdə iqtisadi münasibətlərin tənzimlənməsi prosesi bu iki dövlətin davranışlarından daha çox asılılıq daşıyır. Hətta bəzi siyasi ekspertlər vurğulayırlar ki, Si Cinpinin “Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq” fikri bu iki dünya “nəhənginin” qarşıdurmasından iqtisadi-siyasi dividend qazanmaq üçün istifadə etmək niyyətində olan ölkələrə istiqamətlənib - burada hədəf isə təbii ki, Avropadır.
Bu da sirr deyil ki, dünyada gedən “qütb savaşı” olduqca mühüm nəticələrə, ən əsası da iqtisadi çətinliklərə yol aça bilər. Bunun qarşısını almaq üçün Çin ilə ABŞ-ın məcburi “əməkdaşlığı” hazırda müzakirə predmetidir. Ukrayna və digər regionlardakı qarşıdurmalar onsuz da iqtisadi xəritəyə kifayət qədər ziyan gətrib. Bundan sonrakı mərhələdə bu ziyanın daha qlobal miqyasda yayılmaması üçün məhz Çin və ABŞ-ın addımlarında korrektlərə ehtiyac duyulması təbii qarşılanmalıdır.
Tayvan müzakirə edilmədi...
Siyasi ekspertlərin danışıqlarla bağlı vurğuladığı bir məqam da “Tayvan” məsələsi ilə bağlı hər hansı bir açıqlamanın verilməməsidir. Bunun səbəbi kimi danışıqların ruhunun iqtisadi sferaya daha çox yaxın olması göstərilsə də, bəzi politexnoloqlar, xüsusilə Qərb politexnoloqları hər iki dövlətin “razılaşdırılmış taym-aut” götürdüyü qənaətindədir. Onların fikrincə, hazırki məqamda müzakirə predmeti olaraq iqtisadi münasibətlərin perspektivi daha cəlbedici xarakter daşıyır. Eyni zamanda, Tayvan nümayəndə heyətinin bir müddət əvvəl ABŞ-a məlum səfəri onsuz da Çin tərəfindən pislənmişdi - bununla bağlı yeni müzakirənin açılmasına deyəsən artıq ehtiyac qalmayıb.
Vurğulandığı kimi, qarşıdakı yaxın illərin iqtisadi mənzərəsinə yeni ştrixlər əlavə edəcək bu görüşün real nəticələri yaxın zamanda daha açıq şəkildə özünü göstərə bilər. Siyasi intriqanın iqtisadi düzənsizliyə yol açmasının qarşısını almaq üçün nəzərdə tutulan tədbirlər yeni iqtisadi münasibətlər sisteminin əsas prioritetləri kimi də qəbul olunur - hər bir halda lokal regional əməkdaşlıq nəticədə qlobal münasibətlərin əsas komponentinə çevrilir. ABŞ ilə Çin arasındakı iqtisadi - siyasi “tarazlıq” isə bu lokal, regional çəkişmələrinin səngiməsində əsaslı rol oynamaq imkanına malikdir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

