Ermənistan silahlandırılır…
12.11.2023 [17:57]
Fransa beynəlxalq hüququ tapdayır, İrəvanı yeni müharibəyə təhrik edir
Lokal antiterror tədbirlərinin uğurlu icrası regionda yeni siyasi-hərbi situasiya formalaşdırıb. Vaxtilə pərdə arxasından Ermənistana havadarlıq edənlər, üzdə "sülh mesajları" yayan, əslində isə həm Ermənistanın siyasi rəhbərliyi, həm də qondarma xunta üzərindən özünün Cənubi Qafqazda nüfuz dairəsini yaratmağa çalışanların planları iflasa uğradı. Azərbaycanın qətiyyəti, suverenliyini tam bərpa etməsi onların işini daha da çətinə salıb – bunun nəticəsidir ki, həmin qüvvələr artıq "sülh" pərdəsi arxasında gizlənə bilmir, məcburi şəkildə özlərinin əsl simalarını, dağıdıcılığa, terrorizmə və işğalçılığa yönəlik, sülhə təşhdid yaradan mahiyyətlərini ortaya qoyurlar.
Fransa silahları Ermənistana yol aldı…
Bu məsələdə əsas rol Fransaya mənsubdur. Hələ Vətən müharibəsindən sonra Fransa Azərbaycanın haqlı və ədalətli mövqeyini nəinki müdafiə etmədi, 30 ilə yaxın vasitəçilik missiyasına nəzərən özünün bitərəfliyini də qorumadı. Paris birmənalı şəkildə işağala, separatizmə dəstək verdi. Amma artıq "qatar getmişdi" – Azərbaycanın beynəlxalq hüquqa söykənərək qəbul etdiyi qəti qərarlar torpaqlarımızın azadlığına yol açmışdı. Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, regionda sülhün formalaşmasına mane olan İrəvan Paris tərəfindən dəstəklənirdi. Lokal antiterror tədbirlərindən sonra isə yeni müharibələri stimullaşdıran bu "əməkdaşlıq" daha da inkişaf etdirilir – hətta Paris işğalçı Ermənistanı silahlandırmaqdan çəkinmir.
Caliber-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Fransanın hərbi texnikası Ermənistana "yol alıb". Xüsusilə də dünən gecə Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan "Acmat" şirkətinin istehsalı olan Fransanın çoxməqsədli "Bastion" zirehli texnikası yola salınıb. "Bastion" üçün komponentlər də göndərilib - göndərən Fransanın "ARQUUS" şirkətidir.
Aİ-nin "missiyası"…
Bəli, Fransa dərk edir ki, antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin çökdürülməsi Parisin regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə “hərtərəfli əlaqələr” saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundan kənar vəziyyətə düşüb. Bu səbəbdən də Ermənistanı yenidən müharibəyə təhrik etməklə Paris Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə mane olmaq istəyir.
Ermənistan isə əlinə düşən imkandan maksimum yararlanmamaqla yenidən səhfə yol verir – İrəvan Azərbaycanın sülh təklifldərinə pozitiv cavab verməməklə özünü dalan dövlət statusundan xilas etmək niyətində olmadığını oritaya qoyur. Təbii ki, Fransanın Ermənistanı qeyri-qanuni şəkildə silahlandırması anlaşılandır - İrəvan Azərbaycanla sülhə imza atacağı təqdirdə Fransanın regiondakı “siyasi caynaqları” birdəfəlik qırılacaq. Təbii ki, Paris buna razı deyil və yeni mərhələdə Ermənistanın silahlandırılması da bunun qarşısının alınması, başqa sözlə Cənubi Qafqazda sülhə nail olunmaması cəhdi kimi qiymətləndirilməlidir.
Özünü Avropanın “demokratiya və sülh carçısı” elan etmiş bir ölkənin Ermənistanı silahlandırması, yeni müharibəyə təhrik etməsi onların əsl kimliyini ortaya çıxarır. Məsələnin əsl mahiyyəti Fransanın davranışından açıq şəkildə bəlli olur. Fransa Aİ-nin xətti ilə aylar öncə Ermənistana göndərilmiş "yarımjandarmeriya" kəşfiyyat qrupunun üzərindən yeni təxribatlara, yeni eskalasiyalara əl atmaq niyyətindədir. Yəni, Aİ missiyanı bu “vəziyyətə gətirməklə” ona yeni - hərbi obraz “bəxş edib”.
Missiyanın daha çox hərbi və kəşfiyyat xarakteri daşıyacağını həm də önümüzdəki həftələrdə Ermənistanda təmsil olunan əsas səfirliklərdə hərbi attaşelərin sayının artırılacağının (2-3 nəfərə çatdırılması), eləcə də kəşfiyyatçı-rezidentlərin (bir qayda olaraq, səfirliklərin birinci katibləri) sayının artırılacağının bəyan edilməsi faktı da təsdiqləyir.
Fransa Ermənistanı dalandan çıxarmayacaq…
Avropanın "sülhpərvər maskası" növbəti dəfə üzündən Cənubi Qafqazda düşür. Ermənistanın aktiv silahlandırılması Fransanın Brüssel formatı çərçivəsində gedən danışıqlara, ümumilikdə prosesə böyük zərbəsidir. Parisin "sülh bəyanatları" səmimi mövqe deyil – tam əksinə, münasibətlərin normallaşması prosesinin də vaxtilə Minsk Qrupu həmsədri qismində olduğu kimi 30 ilə yaxın uzatmağa hesablandığını göstərir. Paris bununla özünün, təmsil etdiyi Avropanın, bütövlükdə Qərbin maraqlarını Cənubi Qafqaza daşımaq həvəsini, istəyini ortaya qoyur.
Azərbaycanın isə mövqeyüi açıqdır və beynəlxalq hüquqa əsaslanır. Azərböaycan ötən 3 il ərzində ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib. Sülhün imzalanması daha çox Ermənistanın maraqlarına xidmət edəcək – bunu anlamayacağı təqdirdə İrəvan hakimiyyəti dalan olmaqda davam edəcək. Erməni xalqının, Ermənistanın maraqlarını Fransanın, Aİ-nin maraqlarına qurban verən Paşinyan hakimiyyəti bununla heç nə əldə edə bilməyəcək. Hətta silahlandırılsa belə…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

