İnformasiya müharibəsi ilə üz-üzə...
13.10.2023 [10:43]
Azərbaycan ötən dövr ərzində dinamik inkişaf edərək beynəlxalq müstəvidə nüfuzlu dövlətlərdən birinə çevrilib. Azərbaycan müstəqillik illərində Ermənistanın 30 il davam edən işğalı zamanı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal siyasət həyata keçirib. Eyni zamanda, bu dövrdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etdi. Bununla, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ay ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi.
Bu amil Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar dövlətimizin yaratdığı yeni reallıqları qəbul edir, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərini dəstəkləyirlər. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, artan gücü Ermənistanı və onun havadarlarını ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən də vaxtaşırı ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Qeyd etmək lazımdır ki, Azərbaycan informasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə edib, ölkəmizin dünyaya çıxışı üçün heç bir məhdudiyyət yoxdur. Bununla belə, müəyyən beynəlxalq şəbəkə erməni lobbisinin və diasporunun təsiri ilə ölkəmizə qarşı ədalətsiz müharibə aparırlar.
Əlbəttə, Azərbaycan Ermənistanla informasiya müharibəsi aparır. İndiyədək Ermənistan uydurma “erməni soyqırımını” dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərib, bəzi hallarda buna nail olurdu. İndi isə dünya ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında həqiqətlərlə tanış olur. Dünyanın 20-dən artıq ölkəsinın Xocalı soyqrımını tanıması da bu faktın göstəricisidir. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin dünyanın 30-dan çox media orqanlarına müsahibə verməsi də informasiya müharibəsində mühüm amillər sırasındadır. Amma qeyd etdiyimiz kimi informasiya müharibəsində Ermənistan tək deyil, ona havadarlıq edən qüvvələr də Azərbaycana qarşı mübarizə aparırlar. Bu mübarizə isə tam yalan üzərində qurulub.
Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bu məsələyə toxunaraq bildirib ki, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir: “Otuzillik işğalın tarixi, bütün şəhər və
kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı - bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar? Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq”.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan məhz belə bir haqsız informasiya müharibəsi ilə üz-üzədir. Bununla belə, dövlətimiz imkanları daxilində Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş belə kampaniyalara qarşı mübarizə aparır. Ölkəmizə qarşı informasiya müharibəsində çoxillik müstəmləkəçilik tarixinə malik Fransa öndə gedir. Bununla yanaşı, erməni lobbisinin güclü olduğu ABŞ-da da ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Bu dairələr Azərbaycanın öz ərazisində separatçılara qarşı mübarizə aparmasını, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsini tam əks fonda dünyaya təqdim edirlər. Halbuki bütün bunlar BMT Nizamnaməsinə görə dövlətimizin müstəsna hüququdur.
Dövlət başçısının dediyi kimi biz öz gücümüzlə bütün bunlara qarşı müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Biz müxtəlif platformalardan və beynəlxalq təşkilatlardan, habelə digər formalardan istifadə edərək, əsl həqiqətləri bundan sonra da dünyaya çatdıracağıq. Bu prosesdə beynəlxalq media ilə əməkdaşlıq vacib amildir. Amma dövlət başçısının bu fikirləri Azərbaycan mediasının da üzərinə vəzifələr qoyur. Bu vəzifə ondan ibarətdir ki, ölkəmizə qarşı böhtan kampaniyası aparan, Azərbaycanı dünyada nüfuzdan salmaq istəyən qüvvələrə qarşı informasiya müharibəsində daha da fəal olmalıyıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34

