“Böyük Qayıdış” prioriteti
12.10.2023 [10:20]
Müharibə başa çatandan sonra ermənilər iddia edirdilər ki, işğaldan azad olunmuş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq, bundan ötrü onilliklər lazım gələcək. Ancaq belə olmadı. Müharibə başa çatandan dərhal sonra bütün dünya dövlətimizin və xalqımızın torpaq sevgisinin, gücünün və qüdrətinin bir daha şahidi oldu. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı məktubunda bəhs olunan ərazilərdə qurruculuq-bərpa işlərinin geniş vüsət aldığına diqqət çəkərək vurğulayıb: “2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk”.
Uğurla icra edilən “Böyük Qayıdış” proqramı
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan üç onillik ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızı doğma yurd yerlərinə mümkün qədər tez və layiqli şəkildə qaytarmaq əzmindədir. Dövlətimizin başçısının bildirdiyi kimi, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Artıq bəhs olunan ərazilərimizə həyat geri qayıdır. Müharibə başa çatandan sonra işğaldan azad olunmuş ərazilərin bərpasına və infrastruktur quruculuğuna 7 milyard ABŞ dollarından çox vəsait yönəldilib. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub.
Ümumilikdə, 2021-2023-cü illərdə dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı keçirilib. Ərazidə sosial infrastruktur yenidən qurulur, Füzuli və Zəngilanda olmaqla iki hava limanı, çoxlu sayda avtomobil yolları, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və sair tikilib istifadəyə verilib. Hazırda yeni layihələrin icrası sürətlə davam etdirilir.
Ərazilər “ağıllı kənd” və “ağıllı şəhər” konsepti ilə yenidən qurulur
Azərbaycan müasir dövlət kimi inkişaf edir. Bu gün respublikamızda həyatın bütün sahələrində innovativ tətbiqlərin, yeni yanaşmaların şahidi olmaq mümkündür. Həmçinin Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər də müasir standartlar səviyyəsində yenidən qurulur. Prezident İlham Əliyev bildirib ki, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir. Bütövlükdə, dövlət başçısının 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Verilən məlumatlara görə, indiyədək 8 şəhərin, 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələri həyata keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” konsepti ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində tətbiq olunub. Layihə qısa müddətdə yüksək səviyyədə tamamlanıb. “Ağıllı kənd” konsepti ilə inşa olunan yaşayış məntəqəsinə 2022-ci ilin may ayında ilk ailələr köçürülüb. Növbəti “Ağıllı kənd” isə Füzuli rayonunun Dövlətyarlı kəndində yaradılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “ağıllı kənd” layihəsi ilə tanış olublar. “Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22

