Tarixi şərait...
12.10.2023 [10:17]
Bölgə sülh və əməkdaşlıq məkanına çevrilə bilər
Azərbaycan əməkdaşlığı hədəfləyən və təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfələr verən həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafında hər zaman maraqlı olduğunu ortaya qoyub. Bu, siyasi kurs nəinki ölkəmizin, bütövlükdə, yerləşdiyimiz regionun inkişafında xüsusi əhəmiyyətə malikdir. Ölkəmizin Cənubi Qafqazın ümumi inkişaf tempinin daha da sürətlənməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi işində oynadığı rol əvəzsizdir. 2020-ci ildə baş vermiş Vətən müharibəsi və onun nəticələri - Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, imzalanan üçtərəfli Bəyanatda regional kommunikasiyaların açılmasının nəzərdə tutulması mühüm inkişaf tempi vəd edirdi. Təssüfləndirici hal idi ki, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi ümumi inkişafın daha da şaxələndirilməsinə, bir sözlə, Cənubi Qafqazın əməkdaşlıq adasına, qlobal iqtisadi maraqların uzlaşma məkanına çevrilməsinə mane olurdu. Ermənistanın terrorizmə və separatizmə verdiyi dəstək, suveren Azərbaycan torpaqlarından silahlı birliklərini çıxarmaması, ard-arda təxribatlar törətməsi isə son lokal anti-tetrror tədbirlərinə yol açdı. Nəticədə, isə terrorçu silahlı qruplar təslim oldular, Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Bu isə artıq yeni imkanlar, yeni reallıqlar deməkdir. Bu gün Cənubi Qafqaz təhlükəsizlik və sabitlik adası, eyni zamanda, əməkdaşlıq məkanı kimi şöhrətini daha da artıra bilər.
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub: “Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır”.
“3+3 formatı” regional inkişafa dinamizm qazandıracaq
Vətən müharibəsindən dərhal sonra gündəmə gələn və Azərbaycanın irəli sürdüyü təşəbbüs olaraq dəyərləndirilən “3+3 formatı” bütövlükdə, regionun inkişafı üçün mütləq şərtə və zərurətə çevrilməkdədir. Bu günün prizmasından yanaşdıqda yeni iqtisadi münasibətlər sisteminin ortaya çıxardığı qlobal əməkdaşlığın ən mühüm həlqələrindən birinə çevrilmək imkanı qazanan Cənubi Qafqazın önündə mühüm perspektivlər formalaşıb. Azərbaycanın yaratdığı bu perspektivlər isə həm ayrı-ayrılıqda bölgə dövlətlərinə, həm də ümumən regiona yeni inkişaf tempi və dividendlər vəd edir. Bəhs olunan format yeni keyfiyyətdə regional əməkdaşlıq qurulmasını özündə ehtiva edir. Yeni çoxtərəfli konfiqurasiyanın formalaşması ilk növbədə kommunikasiyaların açılması və sülhün nəticələnməsi ilə şərtlənir. Yəni ilk vaxtlarda da bildirildiyi kimi, bəhs olunan platformanın yaradılması üçün sülh ilkin şərt kimi çıxış edir. təbii ki, qarşıdakı zamanda format daxilində əməkdaşlıqların şaxələndirilməsi də istisna olunmur ki, bu da gələcək inkişaf üçün münbit zəmin deməkdir.
Üçtərəfli əməkdaşlıq hədəfləri...
Təbii ki, bunun üçün əsas şərt Ermənistanın sülhü imzalaması, regionun perspektiv inkişafına əngəl yaratmamasıdır. Müharibənin başa çatmasından sonra ötən iki ildə qalib Azərbaycan sülh və sabitliyin əldə olunması üçün bütün vacib addımaları atıb, üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistana gəldikdə isə, məğlub ölkə hələ də mövqeyini dəqiq müəyyənləşdirməyib - rəsmi İrəvan hələ də sülh prosesini manipulyasiya etməklə məşğuldur. Bəzi məqamlarda bəhs olunan əməkdaşlıq formatlarının yaranmasında, hətta orada iştirakda maraqlı olduğunu İrəvan nəticəyə hədəflənən iradə nümayiş etdirmir. Təəssüfləndirici haldır ki, bu kimi müşahidələr Ermənistanın regional əməkdaşlıqda maraqlı olmadığını təsdiqləyir.
Diqqətdən yayınmamalıdır ki, geniş altıtərəfli platforma ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli formatın yaradılması da aktualdır. Bu təşəbbüs də bilavasitə Azərbaycan Prezidentinə məxsusdur. Cənubi Qafqazın üç ölkəsi arasında əməkdaşlıq formatının yaradılması bölgədə keyfiyyətcə yeni atmosferin formalaşmasına müsbət təsir göstərə bilər. Azərbaycanın dövlət başçısı bu barədə bir qədər bundan əvvəl Gürcüstana səfəri zamanı vurğulamışdı. Bu kimi əməkdaşlıqların yaradılması isə növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrünü başlada bilər.
Mübariz Abdullayev
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57

