Köçəryanı və Sarkisyanı Ermənistan özü təhvil verəcək...
05.10.2023 [11:35]
Roma statutunu imzalayan İrəvan beynəlxalq prosedura riayət etməlidir!
Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərdə iştirak edən, separatizmin alovlanmasına, 30 ilə yaxın davam etmiş ilhaq prosesindəki fəaliyyətinə görə ittiham olunan bir sıra cinayətkarlar ard-arda saxlanılaraq Bakıya gətirilir. Ruben Vardanyanla başlanan prosesdə son olaraq qondarma rejimin 3 “prezidenti” və 1 “parlament sədri” Azərbaycanın hüquq məhkəməsi önündə dayanıb. Amma...
Xocalı soyqırımında iştirak edən, əvvəlcə qondarma rejimə, sonradan isə Ermənistana başçılıq edən Robert Köçəryan və Serj Sarkisyan da ədalət qarşısında cavab verməlidir. Günahsız azərbaycanlıların kütləvi qətliamına fərman vermiş bu cəlladların ölkə qanunvericiliyi qarşısında məsuliyyət daşıması üçün isə müəyyən beynəlxalq mexanizmlər mövcuddur. Təbii ki, burada ilk yada düşən Ermənistan parlamentinin bu günlərdə ratifikasiya etdiyi Roma statutudur. Bəlli olduğu kimi, Roma statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Ermənistanın da Roma statutuna qoşulduğunu nəzərə alsaq, həm soyqırımı cinayəti törədən, həm insanlığa qarşı cinayət edən. Həm müharibə cinayətlərində, həm də təcavüz cinayətlərində günahlandırılan Köçəryan, Sarkisyan, Ohanyan kimi cinayətkarlar tutulub Azərbaycana verilməlidir. Əsas isə ortadadır:
- 1992-ci ilin fevralında Xocalıya edilən hücuma rəhbərlik edən şəxslərdən biri hazırda Ermənistan parlamentinin üzvü, keçmiş müdafiə naziri Seyran Muşeqoviç Ohanyan olub. Məhz onun komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Valeriy İsayeviç Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir Xocalıya hücumda iştirak edib.
- Sarkisyan isə 2000-ci ildə Böyük Britaniyalı jurnalist Tomas de Vala müsahibəsində Xocalı qətliamında birbaşa iştirakçı olduğunu etiraf edib.
- Köçəryan isə beynəlxalq tribunalardan Qarabağda törədilən cinayətlərdə və qətliamlarda iştirak etdiyini özü etiraf edib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, antiterror tədbirlərindən sonrakı mərhələdə tarixi proseslərin şahidi oluruq. Uzun illər boyu Azərbaycana qarşı cinayət törətmiş şəxslər saxlanılır və Bakıya gətirilir. Saxlanılanlar arasında isə qondarma rejimin “rəhbərliyində” yer alan, onun “siması” sayılan şəxslər var: “Saxlanılanlar arasında Gəncəni xaincəsinə ballistik raket atəşinə tutmaq əmri vermiş, onlarla qocanın, körpənin, günahsız insanın qətlinə fərman vermiş Araik Arutyunyan da var. Bu faktın özü çox böyük simvolik məna dəyışır. Bu o deməkdir ki, proses mükəmməl bir strategiya üzrə davam edir. Bu strategiya da zərgər dəqiqliyi ilə yığılmış və formalaşdırılmış bir strategiyadır. Xüsusi vurğulanmalıdır ki, hələlik həbs olunanlar sırasında Azərbaycana qarşı çoxsaylı cinayətlər törətmiş, sonradan isə Ermənistanın prezidentləri olmuş, bu gün sıravi statusa malik Köçəryan və Sarkisyan yer almır. Amma onlar üçün də analoji proseslər başlanılmalıdır. Sadəcə indiki mərhələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına ehtiyac var. Onu da qeyd etməliyəm ki, Ermənistan Roma statutunu qəbul edib. Baxmayaraq ki. Azərbaycan bu sənədi qəbul etməyib, statutda soyqırımı cinayəti törətmiş şəxslərin təhvil verilməsi məsələsi öz əksini tapır. Yəni, beynəlxalq hüquqi təqib prosedurunda ölkənin statusu qəbul edib - etməməsi rol oynamır. Paralel olaraq həmin şəxslərin toxunulmazlıqları ilə bağlı imtiyazlar ləğv edilir. Nəzərə alsaq ki, Xocalı qatilləri sırasında yer alan Sarkisyanın və Köçəryanın indiki halda heç bir imtiyazı yoxdur, soyqırımı və sair cinayətlərdə iştirakı ilə bağlı hüquqi təqib başladıla bilər. Onu da qeyd edim ki, bu, sadəcə zaman məsələsidir. İnanıram ki, onlara qarşı Beynəlxalq Ədalət Məhkəməsində azərbaycanlıların kütləvi öldürülməsi üzrə epizodlar haqqında, 4 minə yaxın itkin düşmüş azərbaycanlılarla bağlı məsələ qaldırılacaq. Bu proses davam edir. Son həbslər göstərdi ki, 1990-cı illərdə Azərbaycana qarşı cinayətlər törədənlərin hər biri hüquqi təqibə məruz qalacaq. Onların zamanında “prezident” və ya “ölkə rəhbəri”, indiki halda isə hər hansı bir beynəlxalq təşkilatın rəhbərliyində təmsil olunması heç nəyi dəyişməyəcək. Roma statutunu imzalayan Ermənistan özü Sarkisyanın da, Köçəryanın da qiyabi həbsinə dair qərarı yerinə yetirməli olacaq”.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

