“Etnik təmizləmə” kod adlı təbliğat iflasa uğrayır
04.10.2023 [11:20]
24 saatlıq antiterror tədbirlərindən dərhal sonra yeni məkrli planlar quran Ermənistanın “etnik təmizləmə” təbliğatı da fiaskoya uğramaqdadır. Bu ölkənin baş naziri Paşinyan öz xoşu ilə, könüllü şəkildə Qarabağı tərk edən ermənilərin Ermənistana keçidini “etnik təmizləmə” kimi “dəyərləndirməklə” Azərbaycana qarşı yeni beynəlxalq təzyiq kampaniyasına start vermək niyyətində idi. Amma günlər keçdikcə bu planlar “suya düşür”. Erməni baş nazirin yalan iddiaları nəinki “ayaq tutub yerimir”, hətta böyük dövlətlər tərəfindən açıq kontekstdə təkzib olunur.
Faktsız iddialar...
Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib ki, biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq: “Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlb olunmasından çəkinməyəcəyik”.
O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil: “Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm”.
ABŞ Dövlət Departamentinin sözçüsü, həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.
Göründüyü kimi, ABŞ-ın mövqeyi açıq və birmənalıdır - bölgədə “etnik təmizləmə” ilə bağlı hər hansı bir iddia irəli sürmək üçün kiçik də olsa, sübut və ya fakt yoxdur. Laçın dövlət sərhəd buraxılış məntəqəsindən Ermənistana keçən ermənilərə qarşı yüksək humanizm nümayiş etdirilir - Azərbaycan polisi onların zəruri ərzaqla təminatına belə diqqət göstərir. Eyni zamanda, erməni sakinlərin keçidi zamanı onlarla edilən söhbətlər, bunları əks etdirən videoçəkilişlər bütövlükdə, prosesin şəffaf şəkildə inkişafını təmin edir. Keçid məntəqəsindən istifadə edən ermənilər özləri etiraf edirlər ki, onları heç kim Qarabağı tərk etməyə məcbur etməyib. Tam əksinə, Azərbaycan dövləti ermənilərin Qarabağda yaşaması üçün bütün zəruri tədbirləri həyata keçirir.
Rusiya da təkzib edir...
ABŞ-ın “etnik təmizləmənin” baş verməməsi ilə bağlı mövqeyi dünyanın əksər dövlətləri tərəfindən də bölüşülür. Məsələn, Rusiya dövləti də bir neçə gün öncə regionda baş verənlərə münasibət bildirmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”a açıqlamasında Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilən yerli antiterror tədbirlərini şərh edərkən vurğulamışdı ki, Qarabağ Azərbaycanın daxili işidir. O, bildirmişdi ki, Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini etnik təmizləmə adlandırmağa heç bir əsas yoxdur.
BMT missiyasına şikayət daxil olmayıb
Bundan başqa, bölgədə səfərdə olan BMT-nin missiyası da baş verənləri qiymətləndirir. KİV-in yaydığı məlumata görə, BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə yaydığı bəyanatda deyilir ki, Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır. Missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya, həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
Bütün bu faktlar isə onu göstərir ki, Azərbaycan nəinki bölgədə etnik təmizləmə siyasəti yürütməyə çalışır, tam əksinə reinteqrasiyanın daha da güclənməsi yönündə açıq çağırışlar edir, addımlar atır. Bununla bağlı bəyan edilən istiqamətlər isə Qarabağın erməni sakinlərinin gələcək həyatlarını daha yüksək səviyyədə təminatlı, təhlükəsiz şəraitdə keçirmək imkanı qazanmalarını deməyə əsas verir. Ermənistanın “etnik təmizləmə” kod adlı təbliğatı isə beynəlxalq aləm tərəfindən ifşa edilir...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

