Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Terrorçuya ən ağır cəza...

Terrorçuya ən ağır cəza...

03.10.2023 [10:30]

İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən cinayətkara qarşı ölüm hökmü çıxarıb

N.BAYRAMLI 

İran məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb. Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb. Qeyd edək ki, bu il yanvarın 27-də törədilmiş terror aktı zamanı Azərbaycan səfirliyinin əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuş, iki mühafizəçi isə yaralanmışdı.

Səfirliyimizə silahlı hücum Azərbaycanla İran arasında siyasi münasibətlərə ciddi təsir etmiş, ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bununla belə, İran tərəfi hadisənin obyektiv araşdırılacağını və cinayəti törədənlərin layiqli cəzasını alacağını bəyan etmişdi. Bu istiqamətdə İranın hüquq-mühafizə orqanları azərbaycanlı həmkarları ilə əməkdaşlıq ediblər. Bu hadisədən sonra İranın bir sıra rəsmi şəxsləri ölkəmizdə səfərdə olublar. Məsələn, iyul ayında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda səfərdə olmuşdu, Qoşulmama Hərəkatının nazirlər görüşündə iştirak etmişdi. Səfər zamanı o, dövlət başçısı və xarici işlər naziri ilə də görüşmüşdü. İyulun 5-də Prezident İlham Əliyevlə görüşündə iranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirmişdi.  

Eyni zamanda, hər iki ölkənin XİN başçılarının da görüşü və telefon danışıqları olub. Bu danışıqlarda da Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib. Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

Səfirliyimizə terror hücumu edən cinayətkarın ən ağır cəza ilə cəzalandırılması isə  İranın ölkəmizlə münasibətlərində problemlərin aradan qaldırılmasına və qarşılıqlı əlaqələrin inkişafına maraqlı olmasının göstəricisidir. Bu, Azərbaycan dövləti tərəfindən müsbət qarşılanır. Ümumiyyətlə, görünən odur ki, son zamanlar tərəflər arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif bəyanatlar səsləndirilib. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu mənada, qonşu İranla da mehriban qonşuluq siyasətinin qarşılıqlı olaraq davam etdirilməsi həm hər iki dövlətin maraqlarına cavab verir, həm də bütövlükdə regionumuz üçün faydalıdır.  

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

İnsan hüquqları!

09 Dekabr 12:24

MEDİA

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xalqın dəstəyi

09 Dekabr 11:41

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Siyasət

Gündəm

Zəfər seçkisi

09 Dekabr 10:03

Xəbər lenti

Siyasət

Mədəniyyət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31