Fransanın “məkri”
28.09.2023 [10:40]
Rəsmi Paris Zəngəzurda konsulluq açmaq istəyir
Nardar BAYRAMLI
Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, ardından lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etməsi dünyadakı ermənipərəst qüvvələrə hələ də rahatlıq vermir. Hələ Vətən müharibəsi zamanı Fransa hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəyin formalaşdırılması, hətta cəza tədbirlərinin həyata keçirilməsi məqsədilə ciddi səylər göstərirdi. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Eyni zamanda, Fransa Türkiyənin Azərbaycana olan siyasi dəstəyini də həzm edə bilmir və bu qardaşlığın, dostluğun səyləri nəticəsində əldə etdiyimiz qələbə, eyni zamanda, Türkiyənin bölgədə nüfuzunun artması təbii olaraq onu ciddi narahat edir.
Post-müharibə dövründə rəsmi Paris Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneçilik törətmək, bir yolla Cənubi Qafqaza daxil olması üçün bütün imkanlarından istifadə edir. Və bu məqsədinə çatmaq üçün Paşinyan hakimiyyətinin zəifliyindən yararlanmağa çalışır. Son günlər siyasi proseslərdə Zəngəzur dəhlizi ilə bağlı ritorikanın artması isə Parisi növbəti qeyri-konseptual addımlara sövq edib. Belə ki, bu ölkə Zəngəzurda konsulluq açmaq istəyini dilə gətirib. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib. O deyib ki, Fransa İrəvanda hərbi attaşe təyin edəcək və Sünikdə (Zəngəzurda) konsulluq açacaq: “Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığımızı gücləndiririk. İrəvanda hərbi attaşemiz olacaq. Həmçinin tezliklə Sünik bölgəsində, sərhəd bölgəsində konsulluğumuzu açacağıq”.
Xatırladaq ki, Fransanın Zəngəzurda konsulluq açmaq istəyi hələ bu ilin iyul ayında gündəmə gətirilmişdi. Belə ki, Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann Lorans Petel və Senatdakı eyni adlı qrupun rəhbəri Jilber Lyük Devinaz xarici işlər naziri Ketrin Kolonnaya yazdıqları rəsmi məktubda bildirmişdilər ki, “Fransa Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün mühüm bir addım ata bilər. Bu, Sünikdə (Zəngəzur), Qafanın vilayət mərkəzində, yaxud Gorus şəhərində Fransanın konsulluq nümayəndəliyinin açılması ola bilər. Başqa ölkələr artıq bunu həyata keçiriblər. Belə bir addım regionda sabitliyin xeyrinə işləyər, həmçinin Fransa və Ermənistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi nöqteyi-nəzərindən qiymətli forpost rolunu oynayardı”.
Fransız parlamentarilərin fikrincə, hərçənd Zəngəzur vilayəti Ermənistanın cənubunda yerləşir, əhalinin sıx məskunlaşdığı dağ regionudur, amma özünün 4500 kvadrat/kilometrlik sahəsinə, coğrafi baxımdan mərkəzdən uzaqda yerləşməsinə baxmayaraq, Cənubi Qafqazın geosiyasi məsələlərində önəmli yerə malikdir. Müraciətin müəllifləri hesab edirdilər ki, bu vilayəti önəmli edən digər amil, birinci növbədə, zəngin faydalı qazıntı yataqları və bunun da emalının Ermənistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olmasıdır. “Düzdür, Sünik (Zəngəzur) İrəvanla yalnız bir dağ yolu ilə bağlıdır, amma İran sərhədi vasitəsilə xarici aləmlə əlaqə saxlamaq üçün olduqca vacib dəhliz rolunu oynayır. 35 kilometrlik Ermənistan-İran sərhədi bu ölkə üçün böyük əhəmiyyət kəsb edir. 2020-ci ilin payızında, 44 günlük müharibə zamanı açıq qalmış yeganə ərazi kimi Ermənistanı “tam boğulmaqdan” qurtardı”-deyə Fransa parlamentarilərinin məktubunda vurğulanırdı.
Fransız məkri isə həqiqətən “sərhəd tanımır” - son günlər məkrli Makron da yerli televiziyalara müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirərək növbəti dəfə “erməni sevgisi” nümayiş etdirib. Makronun dövlətimizin 44 günlük müharibədə öz torpaqlarını erməni işğalından azad etməsini “Azərbaycanın 2020-ci ilin payız-qışında dəhşətli şərtlər altında ələ keçirdiyi region”, “azlıqların, xüsusilə də orada yaşayan xristianların, bu torpaqda yaşayan erməni mənşəli əhalinin hüquqları tamamilə pozulub” kimi fikirləri tamamilə qəbul olunmazdır. Azərbaycanın 20 faiz ərazisinin ermənilər tərəfindən işğal edilməsi BMT Təhlükəszilik Şurasının qəbul etdiyi 4 qətnamədə təsdiqlənib. Dövlətimiz 44 günlük müharibədə məhz beynəlxalq müstəvidə tanınan ərazilərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq azad edib. Belə olan halda, Fransa prezidenti hansı əsasla bu fikirləri səsləndirir? Bu, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmətsizlikdir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş Fransa qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib.
Sözügedən müsahibədə Makron rəsmi Parisin Ermənistanın ərazi bütövlüyünün qorunması məsələsini də diqqət mərkəzində saxladığını deyib. Əslində, bütün bunlar Parisin Azərbaycan-Ermənistan sərhədi yaxınlığında özünün konsulluğunu açmaq planının altında hansı niyyətin gizləndiyini aşkara çıxarır. Bu planın mahiyyəti “Ermənistanın ərazi bütövlüyünün” qayğısına qalmaq deyil. Məqsəd Zəngəzur dəhlizinin açılmasına əngəl törətməkdədir. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Beləliklə, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Ona görə də, Fransa kimi ölkələrin təxribatçı addımları qəbulolunmazdır.
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

