Dost Macarıstanın güvəndiyi ünvan - Türk dünyası
19.09.2023 [11:00]
Mübariz ABDULLAYEV
Son vaxtlarda Avropa İttifaqı (Aİ) məkanında Azərbaycanın 9 strateji tərəfdaşından biri olan Macarıstanın ölkəmizlə olduğu kimi, Türk dünyasının digər dövlətləri ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Bu ölkədə dövlətin və cəmiyyətin tarixi köklərə qayıtmağa böyük istəyi var. Tarixi köklər isə Macarıstanı böyük Türk dünyasına doğru aparır. Hazırda altı Türk dövlətindən beşi Türk Dövlətləri Təşkilatında (TDT) birləşir, Türkmənistan isə qurumda müşahidəçi statusuna malikdir. Eyni zamanda Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın bu ölkədə də ofisi fəaliyyət göstərir.
Macarıstan üçün yeni çağırışlar
Hələ də sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın bir sıra dövlətləri, o cümlədən də Macarıstan üçün meydana çıxan əsas çağırışlardan biri enerji təchizatı ilə bağlıdır. Müharibə səbəbindən “qoca qitə”nin ənənəvi enerji təchizatı marşrutları pozulub və ölkələr çətinliklərlə üzləşiblər. Yeni şəraitdə Macarıstan özünün enerji təhlükəsizliyini tarixi köklərlə bağlı olduğu Türk dövlətlərinə güvənərək həll etmək niyyətindədir.
“Macarıstan yeni neft və qaz tədarükü marşrutları axtarmağa məcburdur, çünki köhnə marşrutlar Ukraynadakı münaqişə nəticəsində dağılıb”. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Bloomberg TV”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə böyük imkanlar açılır. “Müharibə səbəbindən Ukraynada köhnə təchizat yolları bağlandı və dağıdıldı. Ona görə də bizə yeni əlaqələr, yeni təchizat yolları lazımdır və Türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkanlar təklif edir”, - deyə Macarıstanın xarici işlər naziri bildirib.
Peter Siyarto vurğulayıb ki, yanacaq Türkiyə vasitəsilə deyil, Türkiyənin özündən gələcək. Bu, ilk dəfədir ki, baş verir.
Xatırladaq ki, Macarıstan Türkiyə ilə qaz alışına dair müqavilə imzalayıb. Macarıstan tərəfinin verdiyi məlumatda bildirilir ki, Türkiyənin “Botaş” şirkəti ilə müqavilə üzərində iş başa çatdırılıb. İmzalanan sənədə əsasən Macarıstan gələn ilin yaz-yay aylarında Türkiyədən 275 milyon kubmetr təbii qaz alacaq.
Hazırda Macarıstan qaz və neftin əsas hissəsini hələ də Rusiyadan alır. 2021-ci ilin sentyabrında Macarıstanın MVM şirkəti “Qazprom”la cəmi 4,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutan iki uzunmüddətli müqavilə bağlayıb. Müqavilə üzrə qazın tədarükü Ukraynadan yan ötməklə Serbiya və Avstriyadan keçən boru kəmərləri vasitəsilə reallaşacaq. “Şimal axını” qaz kəmərinin istifadəsi dayandırıldığı üçün 2022-ci ilin oktyabrında Rusiya qazının cənub marşrutu - “Türk axını” və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolu boyunca nəqlinin artırılmasına dair razılıq əldə olunub. 2022-ci ildə bu marşrutla Macarıstana 4,8 milyard kubmetr qaz gəlib.
Rusiyanın nefti isə Aİ-nin sanksiyalarından azad olan “Drujba” kəmərinin cənub qolu ilə Macarıstana gedir. 2022-ci ildə bu marşrutla Macarıstana 4,9 milyon ton xammal tədarük edilib.
Genişlənən Azərbaycan-Macarıstan əlaqələri
Türk dünyası ilə yaxınlaşmağı özünün strateji hədəflərindən biri kimi bəyan edən Macarıstanla Azərbaycan arasında əlaqələr getdikcə genişlənir. Təkcə 2023-cü ildə
Prezident İlham Əliyev dost ölkəyə yanvar və avqust aylarında olmaqla iki dəfə səfər edib. Dövlətimizin başçısının avqustun 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə ikitərəfli münasibətlərin aktual məsələlərinə diqqət çəkilib. Görüşdə qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Enerji dialoqu Azərbaycanla Macarıstan arasında genişlənən əməkdaşlığın mühüm bir istiqamətini təşkil edir. Yaxın perspektivdə Avropada Azərbaycandan qaz tədarük edəcək ölkələrdən biri də Macarıstan ola bilər. Artıq Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb. Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.
Azərbaycanla-Macarıstan arasında enerji dialoqu yalnız qazın tədarükünü əhatə etmir. Bu ölkənin respublikamızdan ixrac edilən mavi yanacağın digər dövlətlərə tranzitini həyata keçirmək imkanları da var. Yeri gəlmişkən, Prezident İlham Əliyevin avqustun 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə iki ölkə arasında enerji dialoqunun cari vəziyyəti və perspektivləri də ətraflı müzakirə olunub. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycanla Macarıstan arasında təməli qoyulan enerji dialoqunda yeni bir istiqamətin də böyük perspektivi var. İki dost ölkə ənənəvi enerji təchizatı sahəsində olduğu kimi, bərpa olunan mənbələrdən alınan enerjinin tədarükündə də sıx əməkdaşlıq etmək niyyətindədir. 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalandı. Azərbaycanda bərpa olunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya, o cümlədən də Macarıstana çatdırılacaq.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Oktyabr 17:25

Xəbər lenti
03 Oktyabr 16:18

Xəbər lenti
03 Oktyabr 16:17

İqtisadiyyat
03 Oktyabr 15:33

Xəbər lenti
03 Oktyabr 15:32

Asiya
03 Oktyabr 15:21

Xəbər lenti
03 Oktyabr 15:10

Xəbər lenti
03 Oktyabr 14:53

Xəbər lenti
03 Oktyabr 14:39

Xəbər lenti
03 Oktyabr 14:13

Xəbər lenti
03 Oktyabr 14:12

Xəbər lenti
03 Oktyabr 14:04

Dünya
03 Oktyabr 13:31

Xəbər lenti
03 Oktyabr 13:22

Xəbər lenti
03 Oktyabr 13:14

Maraqlı
03 Oktyabr 13:12

Xəbər lenti
03 Oktyabr 12:45

Mədəniyyət
03 Oktyabr 12:39

Maraqlı
03 Oktyabr 12:36

Xəbər lenti
03 Oktyabr 12:11

Siyasət
03 Oktyabr 11:55

Xarici siyasət
03 Oktyabr 11:53

MEDİA
03 Oktyabr 11:49

Siyasət
03 Oktyabr 11:41

Siyasət
03 Oktyabr 11:36

Xəbər lenti
03 Oktyabr 11:34

Siyasət
03 Oktyabr 11:23

Xəbər lenti
03 Oktyabr 11:18

Siyasət
03 Oktyabr 11:15

Xəbər lenti
03 Oktyabr 11:11

Xəbər lenti
03 Oktyabr 11:10

Xəbər lenti
03 Oktyabr 11:08

Xəbər lenti
03 Oktyabr 11:08

Siyasət
03 Oktyabr 11:07

Xəbər lenti
03 Oktyabr 11:06

Xəbər lenti
03 Oktyabr 11:05

Xəbər lenti
03 Oktyabr 11:04

Xəbər lenti
03 Oktyabr 10:55

Xəbər lenti
03 Oktyabr 10:53

Siyasət
03 Oktyabr 10:45

Siyasət
03 Oktyabr 10:30

Gündəm
03 Oktyabr 10:20

Analitik
03 Oktyabr 10:10

Gündəm
03 Oktyabr 10:00

Xəbər lenti
03 Oktyabr 09:35

Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13
