Zəngəzur dəhlizi nə vaxt açılacaq?
16.09.2023 [10:10]
Zaman ötdükcə Zəngəzur dəhlizinin açılmasının zəruriliyi daha güclü şəkildə dərk olunur. Bu da tam təbiidir. Hazırda regional və qlobal miqyasda cərəyan edən proseslərlə əlaqədar olaraq alternativ marşrutlara, o cümlədən də Orta dəhlizə böyük tələbat yaranıb. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi məhz Orta Dəhlizin davamı kimi inkişaf etdiriləcək. Belə ki, Orta dəhliz Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropayadək uzanacaq. Beləliklə də, Avropa və Asiyanı birləşdirən ən qısa və səmərəli marşrut ölkələrin və daşıyıcı şirkətlərin istifadəsində olacaq.
“Googlemaps”ın xəritəsi nə deyir?
“Zəngəzur dəhlizi 2023-cü ilin dekabr ayına qədər açılacaq”. Bu barədə rusiyayönümlü erməni bloger Mika Badalyan yazıb. Bloger “sübut” kimi “Googlemaps”a istinad edir. “Googlemaps”da Zəngəzur və Naxçıvanı birləşdirən magistralın bir hissəsinin dekabr ayında istifadəyə veriləcəyi məlumatları qeyd olunub. Bu hissənin açılması ancaq Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi halında mümkün ola bilər. “Google” öz xəritələrini milli kartoqrafiya institutlarının məlumatları əsasında yaradır. Ermənistanda bu cür qurumlar çoxdan ləğv olunub, Rusiya açıq şəkildə “Google” şirkətinə məlumat ötürə bilməz. Əgər Azərbaycan məlumat ötürsəydi, o zaman, Ermənistanda bilinərdi. Yeganə variant ABŞ Milli Kartoqrafiya İnstitutundan məlumat almaqdır. Bu məlumat sübut edir ki, regionda baş verənlərin arxasında Qərb dayanır və məqsədi Ermənistanın parçalanması hesabına olsa belə, Zəngəzur dəhlizinin həyata keçirilməsidir” - deyə Badalyan iddia edir.
Qərbin və Rusiyanın Zəngəzur dəhlizində kəsişən maraqları
Erməni blogerin açıqlamaları məntiqsiz görünür. Əvvəla, Zəngəzur dəhlizi heç bir halda Ermənistanın ərazi bütövlüyünə xələl gətirmir. Bu, Ermənistan hakimiyyətinin üçtərfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaq məqsədilə ortaya atdığı absurd bir tezisdir. Əksinə, Zəngəzur dəhlizinin yaradılması regionun digər dövlətləri kimi, Ermənistanın da iqtisadi və siyasi maraqlarına tam cavab verir. Bununla məğlub ölkə işğalçılıq siyasətinin məntiqi nəticəsi olaraq düşdüyü dalan vəziyyətindən çıxmaq imkanı qazanacaq.
Zəngəzur dəhlizinin yaradılmasında Qərbin imperativ iradə sahibi olduğunu iddia etmək də reallıqdan uzaqdır. Bəli, Qərb Zəngəzur dəhlizindən Mərkəzi Asiya coğrafiyasına çıxış üçün istifadədə çox maraqlıdır. Ancaq bu, heç də Qərbin Zəngəzur dəhlizinin yardılmasında əsas rol oynadığı anlamına gəlmir. Zəngəzur dəhlizinin açılması Qərbin kəskin ixtilaflarda olduğu Rusiyanın da maraq dairəsindədir. Ən azından ona görə ki, müharibə səbəbindən bu ölkənin müxtəlif coğrafiyalara çıxış imkanları məhdudlaşıb.
Beləliklə, biz görürük ki, hər iki tərəf - Rusiya və Qərb nə qədər qarşıdurma vəziyyətində olsalar da, Avrasiyanın nəqliyyat şəbəkəsində mühüm keçidlərdən biri kimi dəyərləndirilən Zəngəzur dəhlizi layihəsinin reallaşmasını istəyirlər. Sadəcə olaraq, burada yanaşma fərqlidir. Rusiya dəhlizin 10 noyabr razılaşmasına uyğun şəkildə açılmasında maraqlıdır, çünki bəhs olunan sənədə əsasən öz qüvvələrini burada yerləşdirə və nəzarət imkanı qazana bilər.
Qərb isə Rusiyanın bu yola nəzarət etməsini istəmədiyi üçün dəhlizin Ermənistanın nəzarətində olmasını təkid edir. Badalyanın bu iddiası daha çox Paşinyan hakimiyyətinin anti-Rusiya mövqeyinin və Qərbə yaxınlaşmasının Ermənistan üçün mənfi nəticələri haqda ictimai rəyi istiqamətləndirmək cəhdidir. Təsadüfi deyil ki, Badalyan bu fəaliyyətinə görə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən “qanunsuz silah saxlamaq” ittihamı ilə saxlanılıb, bir neçə gündən sonra isə azad edilib.
Azərbaycanın imperativ mövqeyi, Türkiyənin davamlı dəstəyi
Zəngəzur Dəhlizinin yaradılmasında Azərbaycanın mövqeyi ədalətli və imperativ səciyyə daşıyır. Məğlub Ermənistanın manipulyasiyalarına rəğmən, ölkəmiz Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Bu marşrut respublikamızın tarixi, milli və strateji maraqlarına tam cavab verir. Xatırlatmaq yerinə düşər ki, Zəngəzur dəhlizinin yaradılması ideyası da Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısı müvafiq bəndin üçtərəfli Bəyanata salınmasına təkid edib və buna nail olub. Postmüharibə mərhələsində də Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasında lider ölkə kimi bütün maraqlı tərəflərə nümunə göstərir. Belə ki, ölkəmizin ərazisində Zəngəzur dəhlizinin həm dəmiryolu, həm də avtomobil yolu seqmentləri üzrə işlər böyük sürətlə davam etdirilir.
Eyni zamanda, qardaş Türkiyə də Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüslərinə davamlı dəstək ortaya qoyur. “Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı işlərə davam edir, Türkiyə tərəfi də yaxın zamanlarda bu işlərə başlayacaq”.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsində deyib. Nazir Ermənistan ərazisində Zəngəzur dəhlizi ilə bağlı müəyyən fəaliyyətlərin olduğunu qeyd edib. “Ümid edirəm ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bu məsələləri qısa zamanda reallaşdıracağıq”, - Türkiyənin rəsmisi vurğulayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

