Körpülər yandırılır...
15.09.2023 [11:40]
Ermənistan Rusiyaya “əzələ” nümayiş etdirir?
Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası layihəsini parlamentə təqdim edib. Yaxın vaxtlarda sənədin ratifikasiya olunacağı gözlənilir. Qeyd edək ki, Ermənistan Roma Statutuna qoşulduqda Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarlar ölkə tərəfindən də icra olunacaq. İrəvan bu barədə niyyətini bəyan etdikdə Rusiya XİN açıqlama yayaraq Ermənistanın bu qərarının qəbuledilməz olduğunu bildirib. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Putin Ermənistana səfər edərsə, Roma Statutuna əsasən, bu ölkədə həbs olunmalıdır. Ona görə də Rusiya rəsmiləri məsələ ilə bağlı Ermənistandan izahat tələb edirlər.
İrəvan öz təhlükəsizliyini Rusiyaya etibar etmir
Ermənistanın baş naziri Nikol Paşinyan da bununla əlaqədar açıqlama verərək “Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (Əsasnamə) tam ratifikasiya edir” deyib. O, bu barədə sentyabrın 13-də parlamentdə çıxışı zamanı bildirib: “Hökumət Roma Əsasnaməsini Milli Assambleyaya göndərdi və mənim və fraksiyamızın mövqeyinə görə, o, tam təsdiqlənəcək. Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir”.
Xatırladaq ki, bu mövzuda Rusiya ilə Ermənistan arasında gərginlik bu il martın 24-də Ermənistan Konstitusiya Məhkəməsinin Roma Əsasnaməsinin ölkənin əsas qanununa uyğun olduğunu tanımasından sonra başlayıb. O zaman da erməni tərəfi bu addımın Rusiya ilə münasibətlərə təsir etməyəcəyini bildirirdi. Lakin görünən odur ki, rəsmi İrəvan Moskvanı aldatmağa çalışır. Son zamanlar Ermənistan-Rusiya gərginliyinin artması bunu deməyə əsas verir.
Yeri gəlmişkən, Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində deyib ki, Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz. O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”. N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”. Paşinyan həmçinin deyib ki, Ermənistan öz təhlükəsizliyinə daha etibarlı təminat almaq üçün Rusiyadan uzaqlaşmalı, Qərbə yaxınlaşmalıdır. O, eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.
Sonuncu mərhələ reallaşacaqmı?
Göründüyü kimi, Paşinyan bu müsahibəsində Rusiyadan narazılığını və etirazını açıq şəkildə ifadə edir. Rəsmi İrəvanın Rusiyadan uzaqlaşmaq istəyinin bir səbəbi Paşinyanın Qərbin adamı olmasıdırsa, digər səbəbi isə Moskvanın Azərbaycanla bağlı ermənilərin istəyini yerinə yetirməməsidir. Bu baxımdan, Roma Statutunu ratifikasiya etməklə Ermənistan Moskvaya “təzyiq” etməyi düşünür. Roma Statutunun ratifikasiyası üçün sonuncu mərhələnin başlanması da buna dəlalət edir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu (Roma Əsasnaməsi) 15 iyun 1998-ci il və 17 iyul 1998-ci il tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında sənəddir. Sənədi 139 dövlət imzalasa da, 124 dövlət ratifikasiya edib. Ermənistan isə 125-ci olacaq. Rusiya Roma Statutunu imzalasa da, parlamentdə təsdiqləməyib. Ardınca, 2016-cı ilin noyabrında prezident Putin Rusiyanın Roma Statutunda iştirakdan imtinası ilə bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Əsasnaməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər. Məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddiyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir. İstisna olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası BMT Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.
Beləliklə, Ermənistanın bu sənədi ratifikasiya etməyə hazırlaşması və Paşinyanın Rusiya haqqında sərt açıqlaması iki ölkə arasında gərginliyi daha da artırır. Rusiyanın forpostu olan bu ölkəyə “əzələ nümayişi” nə qədər təəccüblü və gülünc görünsə də, Qərbə arxalanan Paşinyan nəyəsə ümid edir...
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

