Mühüm addım...
14.09.2023 [10:20]
Ağdam-Xankəndi marşrutunun açılması sülh prosesinə təkan verəcək
Xəbər verildiyi kimi sentyabrın 12-də Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yükün Xankəndiyə çatdırılması təmin olunub. Xatırladaq ki, Qarabağ separatçılarının qəbul etmək istəməməsi səbəbindən yük maşını iki gün Bərdə şəhərində gözləməli olmuşdu. Lakin problem həll edildi və artıq ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılıb.
Separatçıların nümayəndələri humanitar yükün qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər. Belə ki, erməni medasının məlumatına görə, Ağdam-Xankəndi yolunu bağlamaq istəyən bir qrup separatçı Rusiya sülhməramlılarının xəbərdarlığından sonra ərazidən uzaqlaşdırılıblar. Beləliklə də Ağdam-Xankəndi yolu açılıb. Bu məqamı həm Azərbaycan, həm Rusiya, həm də beynəlxalq təşkilatlar müsbət qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Ağdam-Xankəndi yolunun açılmasını mühüm addım kimi qiymətləndirib və bəyanat verib: “Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır”. Sənəddə qeyd edilib ki, bu, yerli əhalinin ərzaq təminatının bərpasına təkan verəcək. Ş.Mişel, həmçinin Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə, Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.
Bəyanatda, eləcə də vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.
Azərbaycan erməni azlığının hüquqlarının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına Konstitusiya ilə yüksək təminatlar verir. Azərbaycan dünya miqyasında tolerantlığı, birgə yaşayışı təşviq edən çoxmillətli unitar ölkədir. Dialoqa gəlincə isə qeyd edək ki, Azərbaycan indiyədək qarşı tərəfə Bakıda, Yevlaxda, Bərdədə və yaxud başqa bir ünvanda görüşüb təmaslar qurmaq təklifi ilə müraciət edib. Ancaq separatçılar belə bir görüşün baş tutmasına mane olurlar.
Azərbaycan, həmçinin Xankəndidə yaşayan ermənilərin ehtiyaclarının ödənilməsinə humanist yanaşma ortaya qoyur. Azərbaycan tərəfi iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin Həkəri çayı üzərində qurulan sərhəd-buraxılış məntəqəsindən humanitar məqsədlər üçün keçidinə şərait yaradıb. Eyni zamanda, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu diqqətə çatdırılıb.
Azərbaycanın Xankəndinə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir.
Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşları ilə bağlı dəfələrlə və qəti şəkildə mövqeyini nümayiş etdirib, ölkəmizdə yaşayan vətəndaşların hüquqlarının bərabər olduğunu bəyan edib. Yəni dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər kəs eyni hüquqa malikdir. Ermənistandan fərqli olaraq Qarabağda yaşayan vətəndaşlarımızın sosial rufahını yüksəltmək üçün isə Azərbaycanın resurslarıu yetərincədir. Bu səbəbdən avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə yardım aparıb. Lakin yük avtomobilləri 17 gündür ki, Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev
jurnalistlərə deyib ki, bu yüklərin də Qarabağda yaşayan erməni əsilli sakinlərə çatdırılması istiqamətində müzakirələr davam edir.
Günel
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

