Xankəndinin son “2 günü”...
07.09.2023 [10:20]
Bütün siyasi oyunlar iflasa məhkumdur
Mitinq şoumenləri ilə revanşistlərin “dueli”
Araik Artyunyanın “istefası” qondarma rejimin daxilində böyük “çatlar” əmələ gətirib. Yaranan situasiyanı fürsət bilənlər isə bu məqamdan istifadə etməyə çalışır. Hətta Ermənistanın hazırki hakimiyyətinə müxalifətdə olan qruplaşmalar belə Artyunyanın “istefası”ndan özü üçün dividend axtarışına çıxıb. Təsadüfi deyil ki, qondarma rejimin sentyabrın 9-na yeni “seçki şousu” hazırlamaqla bağlı “bəyanatı” Xankəndidəki insanların əksəriyyəti tərəfindən narazılıqla qarşılanıb.
Əsas məqsəd - çevriliş...
Qeyd edildiyi kimi, Ermənistan KİV-ləri, eləcə də sosial şəbəkələrin erməni seqmentlərində Xankəndidə mitinq və “növbəti seçki” keçiriləcəyi ilə bağlı məlumatlar yer almaqdadır. “Tədbirlərin” sentyabrın 8 və 9-da keçiriləcəyi bildirilir. Həm mitinqdə “kütləviliyin” təmini üçün çox sayda adamın iştirakı, həm də “seçki görüntüsü”ə formalaşdırmaq üçün “fəallıq” çağırışları səngimir. Sosial şəbəkələrin erməni seqmentinin əksəriyyəti mitinqə getməyəcəyini, seçkilərdə də iştirak etməyəcəyini yazır və bu istiqamətdə çağırışlar edirlər. Qondarma rejimin eks “müdafiə naziri” Samvel Babayan isə sentyabrın 8-dəki “iclas”dan sonra “yeni prezident seçiləcəyini” deyib. Onun partiyası iclasda iştirak etsə də, səsvermədə iştirak etməyəcək. Araik Arutyunyanın “istefasını” təzyiq altında verdiyini deyən eks “nazir” onu Saakyan və Qukasyanla işbirliyində olduğunu bildirib. Onun fikrincə, Xankəndidəki hadisələrin əsas məqsədi Ermənistanda hakimiyyət dəyişikliyidir, Ermənistanda hakimiyyət dəyişənədək Qarabağ erməniləri “acından ölməlidirlər”. Və vəziyyətdən çıxış yolu kimi Azərbaycanla danışıqlara getmək “variantını” irəli sürür. Bu məqsədlə də çağırdığı mitinqdə Ağdam-Xankəndi yoluna beton düzən separatçı rejim rəhbərliyini “məhşər ayağına” çəkəcək. Babayan ermənilərin küçələrə çıxmayacağı təqdirdə həmişəlik məhv olacaqlarını da söyləyib.
Hər separatçının öz “arzusu”...
Göründüyü kimi, Ermənistan Xankəndidəki qondarma rejimin vasitəsilə absurd oyunlarını davam etdirməyə çalışır. Bu oyunların hansı xarici qüvvələr tərəfindən ortaya atıldığı və idarə olunduğu məlumdur. Əsas məqsəd Azərbaycanın haqlı tələblərinə qarşı yeni bir “arutyunyan seçməklə” separatçı rejimin “aktivləşdirilməsi” görüntüsü yaratmaqdır. Babayanın “fikirləri” isə dəfnə hazırlaşan separatçı rejimi dirildib, tərəf kimi Azərbaycanla dialoqa çəkməkdir. Buna isə əvvəllər də olduğu kimi Bakı qətiyyən yol verməyəcək.
Separatçı rejimin sonunun çatdığını həzm etməyən qüvvələrin çabası “blokada şousu”nu tam mahiyyəti ilə üzə çıxaracaq - “acından ölən”lərin mitinqə çıxıb nə isə tələb etməsi bir qədər gülünc səslənir. “Ac adam” çörək axtarar (o da ki, 20 kilometrlikdə dayanıb gözləyir), onları səfalətə aparan yeni bir “lider” sevdasına düşməz.
Vardanyan “nümunəsi”...
Xatırlanmalıdır ki, bir neçə ay öncə qondarma rejimə “xilaskar” qiyafəsində təşrif buyurmuş Ruben Vardanyan da Xankəndinə ayaq basan kimi “mitinq” arzularını dilə gətirmişdi. Vardanyan elə düşünürdü ki, mitinq deyən kimi sağdan - soldan, şərqdən-qərbdən hər kəs ona “dəstək verəcək”. Nəticə nə oldu - ermənilərin təbliğatını apardığı “120 minlik ac kütlə” yalanı ortaya çıxdı. Eyni zamanda, Vardanyanın oyununu birinci mərhələdəcə hərəyə “5 manat pul, 10 litr benzin” vədi ilə aldadılanlar ifşa elədilər. Beləliklə, aylar öncə baş tutmayan “yalanlar seriyası”, “siyasi oyunlar” mərhələsi bu və ya digər şəkildə davam etdirilir. Nəzərə alınmalıdır ki, özünü qondarma rejimin “lideri” sayanların heç biri “siyasi fiqur deyil” və Vardanyandan çox maddiyyata, “arxa-dayağa” da sahib deyillər. Nə qədər gec deyil, Vardanyanın belə “diziüstə qalması” faktıdan nümunə çıxarmalıdırlar...
Səbrin sərhədi və nəticəsi...
Hər bir halda Ermənistanın və havadarlarının planları iflasa məhkumdur -qondarma rejimin “istəyi” və ya “arzusu” aktuallıq daşımır. Yəni hansı “qruplaşmanın” nə plan üzərində işləməsi Azərbaycan üçün maraqlı deyil. Azərbaycan prosesin beynəlxalq hüquq çərçivəsində inkişafını təmin etmək üçün səy göstərir. Ağdam-Xankəndi yolunun açılması bu mənada əsas prioritetlərdəndir ki, artıq bununla bağlı beynəlxalq rəy bəllidir. Dünyanın böyük gücləri, aparıcı dövlətlər bu məsələdə Azərbaycanın təklif və tələblərini haqlı saymaqla Qarabağın suveren Azərbaycan torpağı olduğunu növbəti dəfə təsdiqləyib. Revanşist klanın və ya “fransız casusu”nun nə istəməsi, nə arzulaması bizim üçün maraq kəsb etmir.
Eyni zamanda, Azərbaycan dövləti hələlik səbrlə izləmədədir. Ağdam-Xankəndi yolu üzərindən siyasi oyunlar qurmağa çalışanlar dərk etməlidirlər ki, bu səbrin sərhədi var - bütün dünyanın qəbul etdiyi reallığı, BMT Nizamnaməsinin 51-ci maddəsini aktivləşdirmək Azərbaycan üçün çox asandır. Ağdam-Xankəndi yolunu “kəsənlər” unutmamalıdır ki, cəmisi 44 günə qazanılan qələbə də səbrin nəticəsi idi...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

