Aİ-nin “dialoq” təklifi...
06.09.2023 [10:30]
Qarabağdakı ermənilərlə təmas marağımızdadır
Avropa İttifaqı Bakı ilə Qarabağ erməniləri arasında inam və etimadı gücləndirmək üçün dialoqa ehtiyacın yarandığını bildirib. Bu barədə qurumun Prezidentinin mətbuat katibinin yaydığı bəyanatda qeyd olunub. Bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi işi ilə intensiv məşğul olmağa davam edir. Eyni zamanda, bəyanatda deyilir ki, Şarl Mişelin son həftələr ərzində Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri Qarabağdakı ermənilərin humanitar vəziyyətinin həllinə prioritet istiqamət kimi yönəldilib. Aİ tərəfi, həmçinin Bakının Qarabağ ermənilərinin “Laçın dəhlizi” ilə Ermənistana və Ermənistandan gediş-gəlişi ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.
Bakının humanizmə söykənən davranışı...
Təbii ki, Aİ Prezidentinin mətbuatı katibinin yaydığı bu bəyanatın haradan qaynaqlandığı bəllidir və bu da Azərbaycan tərəfindən birmənalı qarşılanmır. İlk baxışdan bəyanatda yer alan “fikirlərin” yersiz olduğu ortadadır - Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında vasitəçi olmaqla yanaşı, bəzi ikili standartlara söykənən addımlarından da geri qalmır. Məsələn, Ermənistana “missiya” yollaması qurumun uğurlu vasitəçilik rolu ilə uyğun gəlmir. İndiki halda isə bütün reallıqlar ortadadır - qondarma rejim Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmağa çalışır, onları girov kimi əsarət altında saxlayır. Eyni zamanda, Azərbycanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən tırlar Ağdam-Xankəndi yolunda gözlədilir. Bütün bunları göz önünə alaraq Aİ-nin “dialoq çağırışı”nın nəyə xidmət etməsi anlaşılan deyil. Qurum bu çağırışı Azərbaycana etməməlidir - bakının səmimi reinteqrasiya cəhdləri ortadadır. Bizim humanizmə söykənən davranışlarımız və təmas çağırışlarımız cavabsız qalıb. Azərbaycan özünün suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyasını sürətləndirmək üçün bu kimi təmaslarda maraqlı olduğunu dəfələrlə sübut edib.
Azərbaycan təmaslarda maraqlı olub...
Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri Qarabağdakı erməni əsilli şəxslərlə təmasların formalaşdırılmasıdır. Bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı - Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdi və martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı. Azərbaycanın erməni vətəndaşlarımıza ünvanlanan bu səmimi çağırışı isə qondarma seaparatçılar tərəfindən marnipulyasiya uğramışdı - onlar, bu çağırışı, reinteqrasiyanı özləri üçün böyük təhdid saymışdılar və bu kimi görüşlərin baş tutmasına maksimum mane olmaq istəmişdilər.
Bu ilin aprel ayında isə Ermənistan mətbuatı Qarabağda yaşayan ermənilərin Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürdüyünü yazmışdı. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunurdu ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərmişdi. Azərbaycan belə bir görüşün keçirilməsinə razı olmamışdı.
Siyasi manipulyasiya axtarışında olanlar...
Bu faktlar onu göstərir ki, təmasların formalaşmasında, intensivləşməsində Azərbaycan maraqlıdır. Sadəcə olaraq, bundan siyasi manipulyasiya kimi istifadə etməyə çalışanlar var - onlar, hələ də hansısa “beynəlxalq format” və ya bu kimi iddialar irəli sürürlər. Azəbaycanın mövqeyi isə qəti və dəyişməzdir - bu kimi təmaslarda başqa bir ölkənin və ya təşkilatın nümayəndəsinin iştirakı mümkünsüzdür. Qarabağ Azərbaycanın suveren torpaqlarıdır. Orada yaşayan insanlar isə Azərbaycan vətəndaşı sayılırlar. Kimlərinsə ölkəmizin humanist davranışları üzərindən siyasi oyunlar qurmaq cəhdləri iflasa məhkumdur. Beləliklə, Aİ-nin Ermənistanın və onun havadarlarının həyata keçirməyə çalışdıqları bu kimi siyasi manipulyasiya cəhdlərində yer alması qəbulolunmazdır, təəssüfləndiricidir. Aİ Ermənistan ilə Azərbaycan arasında gedən danışıqların əsas vasitəçilərindən biridir və ötən aylar ərzində Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün hətta Ermənistan tərəfindən tanındığına da şahidlik edib. Nəticə etibarı ilə Brüssel açıq şəkildə görür ki, Azərbaycanın davranışları humanizmə və sülhə söykənir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

