Savaşa hədəflənmiş təxribatlar ...
05.09.2023 [10:46]
Ordumuz hər zaman layiqli cavab verməyə hazırdır
Ermənistan bölgədə hərbi təxribatlarını davam etdirir. 31 avqust - 2 sentyabr tarixlərində şərti dövlət sərhəddində baş verənlər bunu təsdiqləyir. Doğrudur, qarşı tərəfin təxribatları davamlıdır, amma miqyası baxımından sözügedən tarixlərdə baş verən hadisələr xüsusilə diqqəti cəlb edir. Belə ki, Ermənistan hərbi birləşmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonu istiqamətindəki mövqelərinə qarşı ağır silahlardan, artilleriyadan, eləcə də zərbə PUA-larından istifadə edib. Ermənistan ordusu şərti
Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib. Bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirləri görüb. Müdafiə Nazirliyinin məlumatına əsasən, təxribat nəticəsində üç hərbi qulluqçumuz yaralanıb. Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində isə 4 erməni əsgəri məhv edilib, biri yaralanıb. Müdafiə Nazirliyi qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib. Eləcə də, Ermənistan ordusuna aid PUA-nın səyyar yerüstü idarəetmə stansiyası məhv edilib və əməliyyatın videogörüntüsü Müdafiə Nazirliyi tərəfindən yayılıb.
Bütün lazımi tədbirlər görüləcək
Erməni təxribatı ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda bildirilib ki, Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır: “Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür. Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək”.
Hərbi təxribatlarını davam etdirən Ermənistan hərbi birləşmələri sentyabrın 4-də isə Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi, eləcə də Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa həmin gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində mövcud olan qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.
Rəsmi İrəvan daxili gərginliyi şərti dövlət sərhədinə yönəltməyə çalışır
Hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev hesab edir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarını heç vaxt cavabsız qoymayacaq. Əslində biz, “Qisas-1”,”Qisas-2” əməliyyatlarında da eyni addımları atmışdıq. Burada Ermənistana verilən mesaj ondan ibarətdir ki, Azərbaycan düşmənlə artıq güc dilində danışacaq. Ermənistan taktiki səviyyədə belə addımlar atanda, hər hansı lokal hərbi əməliyyatlar aparanda alacağı cavaba da hazır olmalı idi. Bu təxribat qarşı tərəf üçün 3 itki və 1 yaralı ilə nəticələndi. “Taktiki səviyyədə niyə Kəlbəcər istiqamətində təxribat törədildi? Ermənilərin bu addımının səbəbi var. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub. Çünki Zodda onların mədən yataqları var və strateji yüksəkliklərdən mövqelərimizi geri otuzdurmaq istəyirlər. Düşmənin məqsədi Zod yataqlarının istismara buraxılması ilə üstünlük əldə etmək idi”, -deyə o bildirib.
Hərbi ekspert qeyd edib ki, təxribatın digər səbəbi Ermənistandakı mövcud gərginlikdir. Hələ 44 günlük müharibə dövründə övladını itirmiş ailələr, hərbçilər, keçmiş müharibə veteranları sosial problemlər ucbatından Ermənistan müdafiə nazirliyinin qarşısında çox böyük etiraz aksiyası keçiriblər. İndi bu dalğanı, daxildəki narazılığı, xüsusən də separatçı rejimin öz normativləri vasitəsilə son məqsədlərinə nail ola bilməməsini Ermənistanın avtomobil və Fransanın nəqliyyat karvanı şoularının fiaskoya uğraması davam etdirir. Ermənistan cəmiyyətində separatçı rejiminə qarşı böyük əks-effekt, mənfi enerji yaranıb. Eyni zamanda, Nikol Paşinyan hökumətinə qarşı etiraz aksiyaları təşkil olunur. Ermənistan hakimiyyəti isə Azərbaycanla müharibə ehtimalını bəhanə edib cəmiyyətin mənfi enerjisini sərhədə yönəltmək istəyir. Lakin ordumuz şərti sərhəddə baş verə biləcək təxribatlara hər zaman cavab verməyə hazırdır.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

