/ / Ceyhun Bayramov: "Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli sakinlər arasında dialoqa maneçilik törədir"
Ceyhun Bayramov: "Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli sakinlər arasında dialoqa maneçilik törədir"
04.09.2023 [21:07]
Sentyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında postmünaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb.
XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən, möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan-Macarıstan münasibətlərinin bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bir çox cəhətdən nümunəvi olduğunu qeyd edib. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsini məmnunluqla vurğulayıb.
Yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığımızın inkişafı üçün əlverişli baza yaratdığını, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın mütəmadi iclaslarının iqtisadiyyat, enerji, ticarət və investisiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bir sıra Macarıstan şirkətlərinin ölkəmizdə fəal fəaliyyətini təqdir edən nazir Ceyhun Bayramov, həmçinin digər sektorlarda, o cümlədən turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimizin genişləndiyini diqqətə çatdırıb.
Azərbaycanın regional miqyasda əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi, bu çərçivədə ölkəmizin digər platformalarla yanaşı, Avropa İttifaqı (Aİ) ilə siyasi əməkdaşlıq, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, eləcə də bağlantı və sektor məsələləri daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq apardığı bildirilib. Macarıstanın 2024-cü ilin II yarısında Aİ Şurasında sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına, o cümlədən Azərbaycan ilə Aİ arasında Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi üzrə aparılan danışıqlara dəyərli töhfə verəcəyinə əminlik ifadə olunub.
Həmçinin Ukraynadakı müharibədən sonrakı regional geosiyasi vəziyyət fonunda Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat infrastrukturuna böyük sərmayə qoyduğunu, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən əlverişli və təhlükəsiz alternativ olan Orta Dəhliz-Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini qeyd edib. Bu xüsusda, Orta Dəhliz daxilində daha da yaxşı əlaqəni artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açılıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçıları məlumatlandırılıb. Nazir Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, postmünaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

